Nərimanov icra hakimiyyəti parkın ərazisini “MADO” restoranına satıb? - VİDEO/FOTO


bitmap-img6




Paytaxtın Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi 3 ünvanında yerləşən istirahət parkının bir hissəsi hasara alınaraq ərazidə dəmir konstruksiyalardan ibarət ikimərtəbəli tikinti işləri aparılır. 

Bildirək ki, istirahət parkının zəbt olunması hesabına “MADO” restoranının ərazi genişləndirilir. Tikinti işləri nəticəsində parkın ərazisinin bir hissəsi daralıb, çoxsaylı ağacların kəsilib və uzun illər insanların istirahət etdiyi yaşıllıq sahəsi əvvəlki görkəmini itirib. Ailələrin asudə vaxt keçirdiyi bu ərazinin indi tikinti sahəsinə çevrilməsi sakinlərin haqlı narazılığına səbəb olub.

Əldə etddiyimiz məlumatda Əhməd Rəcəbli küçəsi 3 ünvanında yerləşən istirahət parkının bir hissəsində “MADO” restoranının ərazinin genişləndirilməsinə “icazə”  Nərimanov rayon İcra Hakimiyyəti rəhbərliyinin verdiyi bildirilir. İddialara görə “MADO” restoranı Nərimanov İH ilə “anlaşaraq” parkın ərazisini zəbt edərək, obyekti genişləndirib. 



Tarix: 20-11-2026, 16:55
Xəbəri paylaş



Xəbər lenti