Düyü və bulqura sağlam alternativ


Son illər sağlam qidalanmaya marağın artması ilə qreçka da gündəlik qida rasionunda daha çox yer almağa başlayıb.

Pravda.az bildirir ki, bu bitki təbii olaraq qlütensizdir və bu xüsusiyyəti ilə digər taxıl məhsullarından fərqlənir.

Tərkibində bitki mənşəli zülal, lif, maqnezium və manqan olan qreçka orqanizmin bir sıra qida ehtiyaclarının qarşılanmasına kömək edir. Həmçinin antioksidant birləşmələrlə zəngindir.

Qreçkanın lif tərkibi həzm sisteminin normal fəaliyyətini dəstəkləyir və toxluq hissinin daha uzun müddət davam etməsinə kömək edə bilər.

Qreçkadan plov, salat, şorba və müxtəlif tərəvəz yeməklərinin hazırlanmasında istifadə olunur. Onu bişirmək üçün əvvəlcə yumaq, daha sonra bir stəkan qreçkaya iki stəkan su əlavə edərək zəif odda təxminən 15-20 dəqiqə bişirmək kifayətdir.

Təbii qlütensiz məhsul olsa da, çölyak xəstəliyi olan şəxslərə qreçka alarkən qablaşdırmada qlütensiz sertifikatın olub-olmadığını yoxlamaq tövsiyə edilir. Bu, istehal və qablaşdırma zamanı çarpaz çirklənmə riskinin qarşısını almaq baxımından vacibdir.

Beləliklə, qreçka balanslı qidalanma üçün düyü və bulqura alternativ ola biləcək qidalı məhsullardan biri hesab olunur.

Tarix: 20-11-2026, 17:11
Xəbəri paylaş



Xəbər lenti