Rayon rəhbəri Vətən müharibəsi qazisi Kamil Səfərlini doğum günü münasibətilə təbrik edib


Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayon polis şöbəsinin rəisi Elxan Zamanovla birlikdə  Vətən müharibəsi qazisi Kamil Səfərlini doğum günü şənliyində iştrak edib.

Kamil Səfərliyə uzun ömür, möhkəm cansağlığı, ailə səadəti arzulayan rayon rəhbəri dövlətimizin şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının bundan sonra da davam etdirildiyini qeyd edib.  

Görüş zamanı rayon rəhbəri Vətən müharibəsində qazanılmış tarixi Zəfərdə qəhrəman Azərbaycan oğullarının, o cümlədən Kamil Səfərli kimi igidlərin göstərdiyi şücaət və fədakarlığın xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Qazilərimizin keçdiyi döyüş yolu, Vətənə sədaqəti və qəhrəmanlığı gənc nəsil üçün əsl vətənpərvərlik nümunəsi olduğunu bildirib.

Qeyd olunub ki, Kamil Səfərli Talış-Suqovuşan istiqamətlərində gedən döyüşlərdə yaxından iştirak edib. O Respublika Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamları ilə “Suqovuşanın azad edilməsinə görə” və “Cəsur döyüşçü” medalları ilə təltif edilib. 

Qazi Kamil şəhid və qazi ailələrinə göstərilən diqqət və qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlığını bildirib.


Tarix: 20-11-2026, 17:00
Xəbəri paylaş



Xəbər lenti