Tibbi sığorta haqları 5,2% azalıb, ödənişlər isə 8,1% artıb

Tibbi sığorta haqları 5,2% azalıb, ödənişlər isə 8,1% artıb

2026-cı ilin yanvar-avqust aylarında tibbi sığorta üzrə toplanan sığorta haqlarının məbləği ötən ilin eyni dövrü ilə müqayisədə azalıb, sığorta ödənişləri isə artıb.

Plat.az xəbər verir ki, cari ilin ilk səkkiz ayında tibbi sığorta üzrə 96 milyon 115 min manat sığorta haqqı toplanıb.

2025-ci ilin yanvar-avqust aylarında bu göstərici 101 milyon 368 min manat olub. Beləliklə, tibbi sığorta haqları illik müqayisədə 5 milyon 253 min manat və ya 5,2% azalıb.

Eyni dövrdə tibbi sığorta üzrə ödənişlərin məbləği isə 63 milyon 639 min manata çatıb.

Ötən ilin müvafiq dövründə sığorta ödənişləri 58 milyon 847 min manat təşkil edib. Bu isə illik müqayisədə 4 milyon 792 min manat və ya 8,1% artım deməkdir.

Beləliklə, 2026-cı ilin yanvar-avqust aylarında ötən ilin eyni dövrü ilə müqayisədə tibbi sığorta haqlarında 5,2% azalma, sığorta ödənişlərində isə 8,1% artım qeydə alınıb.

Tarix: 2-10-2026, 09:42
Xəbəri paylaş



Xəbər lenti