Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı... - NARAZILIQ VAR...


"Azərbaycanda onkoloji xəstələrlə bağlı vəziyyət çox ağırdır. Say durmadan artır. Hər il 10000 adam onkoloji xəstəlikdən dünyasını dəyişir. Özümdən yazmıram, rəsmi statistik rəqəmlərə əsasən deyirəm (2023-cü ildə 9818 nəfər, 2024-cü ildə 9681 nəfər)..." 
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında jurnalist Aytən Məmmədova yazıb.
O daha sonra fikrini belə davam etdirir: "Xərçəng xəstəliyinə yoluxanların sayı da sürətlə çoxalır. Az qala, il ərzində 5 min nəfərə yaxın artım var. 2023-cü ildə qeydiyyatda olan xəstə sayı 69435 nəfər olub, 2024-cü ildə 73875-ə çatıb.
Bunların əksəriyyəti kasıb adamlardır, keyfiyyətli kimyaterapiya almaq, başqa ölkəyə gedib yaxşı müalicə olunmaq kimi imkanları yoxdur. Onlar Bakıda – Onkologiya Mərkəzinin dəhlizlərində ağlaya-ağlaya gəzirlər. Əksəriyyətinin müayinələrə, kimyaterapiyalara, şüalara və s. ödəməyə gücü çatmır.
Bu Mərkəzdə tələb olunan pullar bir yana, həkimlərin əksəriyyətinin davranışı da danışılası deyil. Sanki qarşılarında onkoloji xəstə yox, daş-divardı. Elə qəzəblə, əda ilə davranırlar adamla...
Onkologiya Mərkəzində son hadisədən sonra bir çox həkimlərin sosial şəbəkələrdə yazdıqlarını görürəm. Bir minnət qoyurlar, sanki havayı işləyirlər. Biri deyir, işləməyək, qoy qalsınlar, o biri yazır ki, heç vaxt ağır xəstə qəbul etmir, əməliyyat edib sağalda bilsə də...
Sonra da deyirik, niyə səhiyyə sistemi bu vəziyyətdədir? Belə düşüncə sahiblərinin olduğu məkanlarda vəziyyət necə olmalıdır?
Özünü qarşındakının yerinə qoyub, onun nə hiss etdiyini anlamaq çoxmu çətindir?
Hər peşə özlüyündə vacibdir, müqəddəsdir. Həkimlik də, müəllimlik də, mühəndislik də... O aparatlar olmasa, həkimlər necə dəqiq diaqnoz qoyar? Müəllimlər olmasa, həkimlər necə yetişər?
Azərbaycanda yaxşı həkimlər varmı? Əlbəttə ki, var. Təəssüf ki, onlar ın sayı azdır. İnsanlar da bundan əziyyət çəkir..."


Tarix: Bu gün, 21:35
Xəbəri paylaş



Xəbər lenti