Bəşəriyyət yaxın gələcəkdə xərçəngi tamamilə aradan qaldıra bilməyəcək, lakin fərdiləşdirilmiş peyvəndlərin hazırlanması yolu ilə xərçəngdən ölüm nisbətini azalda biləcək.
"Bizimesr" xəbər verir ki, bu barədə düyanın tanınmış onkoloqu Anton Saad müsahibədə bildirib.
"Əgər bütün xərçəng növlərinin tamamilə aradan qaldırılmasından danışırıqsa, bu, yaxın gələcəkdə mümkün deyil. Xərçəng tək bir xəstəlik deyil, yüzlərlə genetik cəhətdən müxtəlif xəstəlikdir və hətta ən qabaqcıl peyvəndlərlə belə tam qələbə mümkün deyil".
O, həmçinin xərçəngin əksər formalarının xroniki və idarəolunan vəziyyətlərə çevrilə biləcəyini vurğuladı. Saad əlavə etdi ki, fərdiləşdirilmiş mRNT peyvəndlərinin effektivliyinə dair inandırıcı dəlillər artıq əldə edilib, yəni peyvəndlər gələcəkdə standart müalicə variantlarına çevrilə bilər və cərrahiyyə və immunoterapiyanı tamamlaya bilər.