
"SOCAR prezidenti, Energetika naziri olan Natiq Əliyev İstanbulda xəstəxanada dünyasını dəyişdi..."
"DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış jurnalist Aytən Məmmədova qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Gənclər və idman naziri Azad Rəhimov ABŞ-da xəstəxanada dünyasını dəyişdi...
Keçmiş deputat Fəzail Ağamalı İstanbulda xəstəxanada dünyasını dəyişdi...
Baş nazirin müavini dişlərinin müalicəsi üçün də Almaniyaya gedir.
Deməli, etibarlı səhiyyə olsaydı, özləri də burada müalicə olunardı.
İnsanlar isə bu səhiyyə sisteminin əlində əsir-yesir qalıblar. Öz millətindən olan adamlara belə qənim kəsilməyin adı nədir, anlamaq olmur.
Adi ağrıkəsicilərin keyfiyyəti də başqa ölkələrdəki dərmanlar kimi deyil. Ona görə imkanı olanlar dərmanları xaricdən gətirdir, ya buradakı xarici apteklərdən alır.
Daim içdiyim dərman var, son aylarda onu tapıb almaq iynə ilə gor eşmək qədər çətinləşib. Qiyməti də ikiqat bahalaşıb.
Hətta keyfiyyətsiz dərmanların da qiyməti çox bahadır, qətiyyən insanların cibinə uyğun deyil.
Dövlət xəstəxanalarında bir sıra hallarda xidmətin keyfiyyətsizliyinə görə özəl xəstəxanaya getmək məcbiyyətində qalırsan. Özəl xəstəxanalarda da qiymətlərə gücün çatmır.
Nəticə də o olur ki, Azərbaycanda insanların bir çoxu xəstəliyin son mərlələsində - ölüm ayağında olanda həkimə üz tutur..."