Azərbaycan da vaksin hazırlamağı öyrənəcək - Baş infeksionist

Fevral ayından bəri COVID-19 virusu ilə birlikdə yaşayırıq. Dünya ölkələrinin böyük qismi, həmçinin Azərbaycan artıq bu vəziyyətə öyrəşib. Amma müddət uzandıqca insanların narahatlığı artır, sağlamlıqlarında başqa problemlər əmələ gəlməyə başlayır. Lakin həkimlər ölkəmizdə müsbət tendensiyanın müşahidə olunduğunu deyirlər.
Azərbaycanın baş infeksionisti, tibb elmləri namizədi Cəlal İsayev pandemiya dövründəki son vəziyyətlə bağlı Teleqraf.com-un suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Doktor, ötən gün Rusiya dünyada ilkə imza ataraq, koronavirusa qarşı peyvəndi qeydiyyatdan keçirdi. Necə düşünürsüz, vaksinin ölkəmizə gəlmə ehtimalı varmı?
- Əgər koronavirusa qarşı hazırlanan peyvənd uğurlu olacaqsa, bu, bəşəriyyətin xilası deməkdir. Çox müsbət hadisədir. Amma hələ ki təkcə Rusiya peyvəndi özündə lisenziyalaşdırıb. Müsbət təsir göstərərsə, yəqin ki, ölkəmiz də bu vaksinin alışına maraqlı olacaqdır. Lakin Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən hələ təsdiqlənmədiyi üçün bu barədə nəsə demək üçün tezdir.
- Maraqlıdır, bəs öz ölkəmizin hazırladığı vaksindən yararlana biləcəyikmi?
- Ölkəmizdə bu işlə məşğul olan Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutumuz var. Vaksini hazırlamaq üçün böyük maliyyə vəsaitimizin olması vacibdir. Eyni zamanda kadr ehtiyatı, böyük laboratoriya lazımdır. Respublikamızda hələ ki belə şərait yoxdur. Lakin ehtimal ki, yaxın gələcəkdə, bir il ərzində bu şərait düzələcək. Çünki koronavirus bizə çox şeyi öyrətdi. Yəqin ki, vaksin hazırlamağı da öyrənib, tətbiq edəcəyik.
- Karantin rejimini bu şəkildə davam etdirməklə müsbət tendensiyanı əldə saxlaya bilərikmi?
- Müsbət tendensiyanın əldə saxlanması daha çox cəmiyyətimizin üzvlərindən asılıdır. İnsanlar həmişə deyirlər ki, biz onları günahlandırırıq. Mən onları günahlandırmıram. Sadəcə olaraq insanlar bu qaydaları həyat tərzlərində vərdişə çevirməlidirlər. Virus bizimlədir. Hər birimiz görürük, dünya təcrübəsində də virusun acı nəticələrinin şahidi oluruq. Məsələn, qonşu Türkiyənin bölgələrində yenidən sərt karantin rejimi tətbiq edilir. İstanbulda karantin qaydalarına əməl etmədikləri üçün yoluxma hallarının artması müşahidə olunur. Mən demirəm bizdə də sərt karantin tətbiq olunsun. Maskadan istifadə etmək, ara məsafəsi saxlamaq, kütləvi toplaşım yerlərindən kənarda qalmaq, gigiyena qaydalarına əməl etməklə xəstəliyə yoluxmaqdan özümüzü qoruyuruq. Özümüzü qorumaqla başqalarını da qorumuş oluruq. Epidemiya dövründə bunlara əməl etmək çox vacibdir. Belə olduqda, yoluxma hallarının artması ehtimalı çox aşağı olacaq. Əks halda təbii ki, xəstə sayı artacaq, karantin rejimi sərtləşdiriləcək. Bunlar olmasın deyə hamımız qaydalara əməl etməliyik. Bu, məcburi olmamalı, insanın daxilindən gəlməlidir.
- Virusla vidalaşacağımız günlə bağlı təxmininiz varmı?
- Onu heç kim deyə bilməz. Çünki hər gün dünyada fərqli tendensiya müşahidə olunur. Bir sıra ölkələrdə virusun sona çatdığını düşünsək də, ikinci dalğa başlayıb. Buna görə proqnoz versək belə, yanlış ola bilər.
Tarix: 13-08-2020, 08:11
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?
-
21-08-2026, 11:41
Azərbaycanda turizm inkişaf edə bilməz, çünki… – İqtisadçı
-
21-08-2026, 11:35
1 məmurun pensiyası üçün ən az 10 nəfərin əməyi lazımdır - Hüquqşünasdan SENSASİON AÇIQLAMA
-
21-08-2026, 11:16
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
-
21-08-2026, 10:41
Tibbimiz Ucarda HOQQA VERİR... - TƏBİB şefinin nəzərinə...
-
21-08-2026, 10:33
Vəkil hakimi susdurmaq üçün 40000 manat lazım olduğunu dedi və... - DƏLƏDUZLUQ!
-
21-08-2026, 10:30
Rasim Həsənov azadlığa necə çıxıb? - Protest veriləcək
-
21-08-2026, 10:20
KAMRAN ƏSƏDOV FENOMENİ-Ekspert Rəyi
-
21-08-2026, 10:09
Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi