
Türkiyəli prodüser Erol Kösenin vəfatından sonra onun mirası ilə bağlı məhkəmə çəkişməsi başlayıb.
Tribuna.az xəbər verir ki, prodüserin yeganə varisi olan qızı Dijan Nazlan Köse atasından ona qalan mirası qeyd-şərtsiz şəkildə rədd edib və bununla bağlı məhkəməyə müraciət edib.
İstanbul Sülh Hüquq Məhkəməsinə təqdim olunan iddia ərizəsində bildirilir ki, müvəkkil, atası Erol Kösedən ona keçən mirası qeyd-şərtsiz olaraq rədd edir.
Digər tərəfdən qeyd olunur ki, Erol Köse vəfat etməzdən qısa müddət əvvəl əsərlərinin müəllif hüquqlarını qızına ötürüb.
Qeyd edək ki, Türkiyə qanunvericiliyinə əsasən, mirasın rədd edilməsi o deməkdir ki, varis həm aktivlərdən, həm də borclardan imtina edir.
Bu addım adətən mirasın borclarının çox olması ehtimalı ilə atılır.