Deputatın Londondakı 22 əmlakına və Lixtenşteyndəki şəxsi bank hesabına həbs qoyuldu- QƏRAR


Ölkə mediasında deputat Cavanşir Feyziyevin Böyük Britaniyadakı qalmaqallı məhkəməsi barədə məlumat yayımlayıb, lakin məhkəmə qərarında nələrin əks olunması haqda müfəssəl məlumat indiyədək məxfi saxlanılırdı… 

Araşdırmaçı jurnalist Cavanşir Həsənli həmin məhkəmə qərarını əldə etdiyini şəxsi sosial şəbəkə hesabında yazıb. AXS.az  Tezadlar.az-a istinadla  təqdim edir: “İngiltərə Ali Məhkəməsinin Milli Cinayət Agentliyinin iddası əsasında adaşım Cavanşir Feyziyevin dondurulmuş əmıakları ilə bağlı məhkəmə qərarını əldə etmişəm. Qərarda təkcə Londondakı “dondurulan” 22 əmlakdan söhbət getmir, məlum olur ki, Milli Məclis deputatının cırtdan dövlət sayılan Lixtenşteyndə yerləşən LGT bank hesabındakı vəsaiti də bloklanıb. Söhbət bir neçə milyon İsveçrə frankından gedir.  Bank hesabı hər hansı şirkətin və digər şəxsin yox, şəxsən Cavanşir Feyziyevin adınadır.

Milli Məclisin deputatı Cavanşir Feyziyevin Londonda aldığı mülklərin siyahısı
1. Ailə evi (Family Home)
Ödəmə tarixi 06.10.2008 / 04.11.2013
Alış qiyməti £2.1 mln + £1.89 mln
2 Cavendish House – Mənzil 13
15.02.2013-də alınıb
Alış qiyməti  £318 500
3 Cavendish House – Mənzil 14  
15.02.2013 
Alış qiyməti  £318,500
4. Goldhawk House – Mənzil 51
17.10.2016
£509,950
5 Goldhawk House – Mənzil 52
17.10.2016
£374,950
6. Goldhawk House – Mənzil 63
17.10.2016
£514,950
7. Goldhawk House – Mənzil 65
17.10.2016
£503,452
8. Golding House – Mənzil 39
17.05.2017
£492,952 
9. Golding House – Mənzil 41
01.12.2016
£489,202
10. Golding House – Mənzil 42
09.01.2017
£493,952
11. Golding House – Mənzil 51
17.05.2017
£498,702
12. Golding House – Mənzil 53
13.02.2017
£459,952
13. Golding House – Mənzil 54
13.02.2017
£498,702
14. Golding House – Mənzil 65
15.02.2017
£503,452
15. Golding House – Mənzil 67
28.02.2017
£498,702
16. Golding House – Mənzil 68
23.02.2017
£503,452
Eyni mənbələr
17. Argent House – Mənzil 45
04.10.2018
£531,335
18. Argent House – Mənzil 46
04.10.2018
£531,335
19. Argent House – Mənzil 55
04.10.2018
£536,038
20. Argent House – Mənzil 56
04.10.2018
£536,038
21. Whistler Square – Mənzil 30 (8 Whistler Square)
27.01.2020
£18,400,000
22. Whistler Square – Mənzil 23 (8 Whistler Square)
20.12.2019
£8,100,000
Sonuncu iki mənzil (18,4 və 8,1 milyon dəyərində) Cavanşir Feyziyevin öz adınadır.
Mənbə: İngiltərə Ali Məhkəməsi
İstinad nömrəsi: [2024] EWHC 501 (Admin)
İş nömrəsi: AC-2023-LON-001768

  Bizim əjdahalar milyonları “cırtdanlar”a yedirdirlər. Kəmaləddin Heydərov Andorrada, Cavanşir Feyziyev Lixtenşteyndə…”.

Sitatın sonu.

Dəfələrlə yazmışıq ki, Azərbaycanda maliyyə aministiyası elan edilməlidir və bəzi məmur və statuslu- imtiyazlı şəxslərin xaricdəki vəsaitləri Azərbaycana qaytarılmalı, həmin vəsaitlər Azərbaycanda faydalı işə çevrilməli, Dövlət büdcəmizə xeyir verməlidir…

Tarix: Dünən, 23:04
Xəbəri paylaş



Xəbər lenti