Jurnalistin nə ölümü var mətbuatda? - Replika
İki nəfərlik votsap qrupu
İndi ki, iş belə oldu, danışacağam!
Bəli, Vüqar Səfərli mənim kəndçimdir! Ordubadlıyıq ikimiz də. O Tividən, mən Çənnəbdən. Aramızda bircə dağ var, vəssalam! O dağı aşdınmı, onların kəndindəsən. Dağ dediyin elə də böyük gəlməsin, sizə. O kənddə toy olanda səsi az qala bizdə eşidilir. Bizdə yas düşəndə, o kənddən dağı aşıb yasa gələnlər olur. O kənddə ələm uçanda… Yox, daha bu qalsın. Keçim mətləbə.
Müəllim vəzifədə olanda da şərik kimi idik. Jurnalistlərin binalarını mən tikirdim, mən təmir edirdim. O binalarda evlərin çoxunu mən bölürdüm. Bir gecədə jurnalist edib, ikinci gecə redaktor qayırdığımız, üçüncü gecədə “əməkdar jurnalist” adına layiq görüb, dördüncü gecə ev verdiklərimiz az olmayıb. Hər gecə bir oyun. Keyf idi yeee.
Qəzetimə pul ayırırdı. Qəzetim deyəndə ki, guya qəzetim vardı. İdman qəzetinə “Azərbaycan həqiqətlərini dünyaya çatdırdığına görə” pul ayırırdıq. Sonra qəzetə tiraj yazdırırdıq. Ofis tuturduq sənəd üstdə. Öz obyektlərimizdən birini öz qəzetimizə kirayə verirdik, pul silirdik. Əşşi, inandırım səni, elə olub ki, qəzeti çıxartamışıq da. Əməllicə çap etmişik.
Mənim obyektimi KİVDF üçün kirayə götürürdü. Kiranı çox göstərirdik, pulu köçürürdük. Düzdü, vergiyə zada bir az xərc çıxırdı, amma olsun.
Jurnalistlər binasının birinci mərtəbəsini vermişdi mənə. Obyekt etmişdim. İkinci binanın da birinci mərtəbəsi mənlik idi. Üçüncünün də sözün vermişdi, nəysə ki, alınmadı.
Votsap qrupumuz var idi. Hər səhər tapşırıqları verirdi, nə etmək lazımdır, nəyi necə eləmək lazımdır. Sonra arada da yazırdı, deyirdi belə olmadı, elə edərsən. Axşam da yazırdı ki, gəl gedək jurnalist təliminə. “Təlim” bizim öz aramızda yeyib içmək məclisinə qoyduğumuz ad idi. Necə şənlənirdik axı...
Hə, votsap qrupu deyirdim axı. Mən idim, müəllim idi... Yox, ta heç kəs yox idi o qrupda. Elə ikimiz idik!
Arada Xəzərə çıxartdırırdı məni. Dənizə yox ha, televiziyaya. Gedəndə ordakı dostlarla xəbərləşib elə gedirdim ki, Şamxal məllimlə üz-üzə gələ bilim. Bəzən tutdura bilmirdim, təsadüfən üz-üzə gəlmişik görüntüsü verməkçün, saatlarla maşında oturub gözləyirdim. Salamlaşan kimi, yaltaqlanırdım xeyli. Fəaliyyətini, kursa sədaqətini, mərifətini, dəyanətini, itini, bəli-bəli, maraqlanıb öyrənmişdim, it saxlıyırdı evdə, hamısını təqdir edirdim, tərifləyirdim, hətta qibtə edirdim. Atasına salam göndərirdim, bilə-bilə ki, deməyəcək, yalandan irişirdim. O, guya zarafat edib nəsə deyəndə əlimi-əlimə vurub şaqqanaq çəkirdim! Halbuki, heç gülməli deyildi...
Deyirdim ki, “Müəllim xoşbəxt adamdır ki, sənin kimi oğlu var, hazır namizədsiz yerinə”. “Siz”-deyə xitab edirdim. Nətər yaltaqlanırdım, nətər yaltaqlanırdım...
Sən demə balaca vəliəhd gedib salamımı çatdırırmış. Məni tərfiləyibmiş. Bir də gördüm Əli müəllimlə də yaxın olmuşuq. Bəh- bəh...
Əli müəllimlə 3 votsap qrupumuz var idi. “Baş redaktorlar”, “saytlar” bir də “trollar” qrupumuz. Üçündə də Əli məllim idi, bir də mən idim. Başqa heç kəs yox idi! Yox idi...
Aylıq pul verirdi, yazı qoy deyirdi, qoyurdum, çıxart deyirdi, çıxardırdım. Reketlərin hamısı mən idim, məllim özü yaratmışdı şəxsən! Birində yazıb, o birində pozurdum! Verilişə çıx deyirdi çıxırdım. Tribunaya qalx deyirdi, qalxırdım.
Arada şeir-zad yazırdım, müəlliflik hüququynan birlikdə hədiyyə edirdim. Yaradıcı damarım tuturdu da. Sən demə aparıb kitab edib ailə üzvlərinin adına. Mən də gənclikdən bir xeyli türkçü-turançıyam axı. Müəllimgil ailəlikcə vətənpərvər, türkçü olmuşdular sayəmdə.
Bir dəfə dedilər ki, hansısa peşəkar jurnalist sayt açmaq istəyir. Müəllimlər ikisi də necə əsəbləşdi- necə əsəbləşdi. Hələ indi xatırlamıram, hansı idisə qayıtdı ki: “Jurnalistin nə ölümü var mətbuatda?” Amma sonra mən bu sözə xeyli güldüm. Tək güldüm ki, görməsinlər, ayıb olardı.
Mənim elə uşaqlıqdan pul-para söhbətlərinə başım yaxşı işləyir. Pul silməyə yer olsun deyə ildə iki dəfə mətbuatsız ölkədə mətbuat günü keçirirdik. Birinin adını “Milli Mətbuat Günü” qoymuşduq, o birini “ Beynəlxalq Mətbuat günü”. Mənnən olsa mətbutın üçünü, yeddisini, qırxını da tədbirlə qeyd edərdik. Amma müəllimlərin xasiyyəti pis idi. Belə söz desəm, əsəbiləşərdilər.
Tədbirlər, konsertlər, qonaqlıqlar! Hər bayramda da jurnalistləri ayrıca yığırdıq. Özgə vaxt yekə-yekə iddiası olan, hay-küyündən qulaq tutulan jurnalistlərə yumurta döyüşdürüb, qalibə hədiyyə verirdik. Yumurtası sınmayan da sevinirdi ki, qalib gəlmişəm. O tədbrilərin tək qalibi var idi- mən. Noutbuku 4 minə yazdırıb, 380 manatlıq noutbuk verirdim. Görürdüm ara uzun çəkdi, bayram- seyran yoxdur, “yazı müsabiqəsi” adlı şəbehlər çıxarırdım. Nə pullar var idi yee...
Arada ova gedirdik axı. Ov deyirəm e, sizə! Deyirdim siz narahat olmayın, mən o tərəfdən fırlanıb ovu sizə tərəf qovacağam. Gedib salıb qabağıma gətirirdim, yekə yekə heyvanları. Görürdüm bunlardan ov vuran çıxmayacaq, qaçıb gəlib bu tərəfdən vururdum. Elə edirdim ki, elə bilinsin guya müəllim vurub. Bunu da gərək ustalıqla edəydim ha, eyni anda silah açılmalı, bir səs çıxmalıydı.
Eliyirdim. Mən eliyirdim! Hələ biləsiniz daha nələr eliyirdim eee...
Əsəbləşdirməyin, nələr eləmişəm hamısın açıb deyərəm!
Ayıbdır yeeee, vallah ayıbdır...
Çingiz Özgür
Tarix: 15-01-2021, 12:50
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
-
8-07-2026, 22:47
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır
-
8-07-2026, 22:37
Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər
-
8-07-2026, 17:09
Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
-
8-07-2026, 17:08
Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?
-
8-07-2026, 16:57
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxundu
-
8-07-2026, 16:54
AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
-
8-07-2026, 16:52
YAP-ın Xaçmaz təşkilatının sədrinin saxlanılması xəbəri yayılıb - YENİLƏNDİ
-
8-07-2026, 16:42
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
-
8-07-2026, 16:41
Sahibkarlığa "unikal" dəstək - İcra hakimiyyəti sahibkara belə "dəstək" olur
-
8-07-2026, 16:35
Politoloq - "Müctəba Xameneinin görünməməsi İranda hakimiyyət balansı ilə bağlı suallar yaradır"
-
8-07-2026, 11:28
Rayon rəhbəri Ələsgərli kəndində tingçilik təsərrüfatı ilə tanış olub