
Bərdə rayonunun Mustafaağalı kənd sakini Nurlan Vəliyev iddia edir ki, becərdiyi pambığın pulunu aylardı ala bilmir.
Onun sözlərinə görə , o, müqavilə əsasında pambıq əkərək məhsulunu "Piaqra" pambıq zavodunun Bərdə müəssisəsinə təhvil verib.
Fermer bildirib ki, pambıq mövsümü ötən ilin dekabr ayında başa çatsa da, bu günə qədər ona ödənilməli olan 3 min manat pul ödənilməyib.
Nurlan Vəliyevin sözlərinə sözlərinə görə, zavodun yerli n ümayəndəsi Mehdi Nəsibov dəfələrlə müxtəlif vədlər versə də,problem hələ də həllini tapmayıb.
"Dəfələrlə deyilib ki, yaxın günlərdə pul veriləcək. Amma aylar keçir, ortada nə pul var, nə də konkrext tarix. Artıq borc sahiblərinə nə cavab verəcəyimizi bilmuirik,"- deyə fermer narazılığını ifadə edib.
İddialara görə, məsələ təkcə bir fermerlə məhdudlaşmır.Bildirilir ki, Bərdə və ətraf kəndlərdəpambıq əkən xeyli sayda fermer də məhsullarını təhvil versələr də, pullarını ala bilmirlər.
Fermerlərin sözlərinə, gorə zavodun pambıq istehsalçılarına ümumilikdə təxminən 800 min manat borcu olduğu iddia edilir.
Qeyd edək ki, məsələ ilə bağlı qarşı tərəfin " Piaqro" pambıq zavodunun və adı hallanan şəxslərin mövqeyini də öyrənməyə çalışdıq. Mövqe təqdim olunacağı təqdirdə yazı dərc edə bilərik.
Neqativ.com