

Fəaliyyətini dayandıran iri müəssisələrdən biri olan "Telemexanika Zavodu" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət qarşısında nəhəng maliyyə öhdəliklərinin olduğu üzə çıxıb. 32gun.az-ın əldə etdiyi məlumata görə, vergi ödəyicisi kimi passiv statusa malik olan müəssisənin 22 239 684,76 AZN (22 milyon manatdan çox) məbləğində vergi borcu yaranıb.

Şirkətin hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 1 ünvanında yerləşir, qanuni təmsilçisi isə Usubağa Məmmədov Mirzəmməd oğludur. Cəmiyyətin nizamnamə kapitalının 138 124 624 AZN olmasına baxmayaraq, on milyonlarla manatlıq vergi borcu ilə fəaliyyətinə xitam verməsi diqqət çəkir.