Böyük Britaniyanın nəhəng mühəndislik şirkəti Azərbaycanı tərk edir - Dövlət Neft Fondunun layihəsində...

Böyük Britaniyanın “AECOM Infrastructure and Environment UK Limited” şirkətinin Azərbaycan Respublikasındakı filialı (VÖEN – 1302615921) ləğv olunduğunu elan edib.
Yeniavaz.com xəbər verir ki, elanda kreditorlardan iki ay ərzində tələblərini Yasamal rayonu, Cəfər Cabbarlı 44, ev 44, Korpus 1 ünvanına bildirmələri istənilir.Qeyd edək ki, Böyük Britaniya şirkətinin filialı Azərbaycanda 2011-ci ildə vergi qeydiyyatına alınıb və filiala Endryu Riçard Barker (Andrew Richard Barker) rəhbərlik edir.Məlumat üçün bildirək ki, qlobal infrastruktur və mühəndislik şirkəti olan AECOM-un Azərbaycandakı filialı ölkəmizdə tikinti öncəsi məsləhət, layihə menecmenti, satınalma, mühəndis-kommunikasiya sistemləri və genişmiqyaslı ekoloji idarəetmə xidmətləri təqdim edib.Məlumat üçün bildirək ki, baş ofisi London yaxınlığında yerləşən AECOM qlobal miqyasda hökumətlərə və transmilli şirkətlərə xidmət göstərən dünyanın aparıcı layihələndirmə və dizayn nəhənglərindən biridir. Şirkət Azərbaycanda fəaliyyət göstərdiyi müddətdə bir çox strateji və yüksək profilli layihələrin idarə olunmasını həyata keçirib. Dövlət Neft Fondunun (SOFAZ) Heydər Əliyev prospektində yerləşən 24 mərtəbəli yeni baş ofisinin (SOFAZ Tower) beynəlxalq enerji səmərəliliyi və ağıllı texnologiya standartlarına uyğun layihələndirilməsi və inşası üzrə layihə və xərc menecmenti xidmətlərini AECOM icra edib.Xəzər dənizinin sahilində inşa edilən, Bakının müasir memarlıq rəmzlərindən biri hesab olunan “The Crescent Development” kompleksinin həm dəniz, həm də quru hissəsindəki tikinti və mühəndislik işlərinin idarə edilməsi missiyasını AECOM öz üzərinə götürüb.Şirkət həmçinin Bakıdakı “Alov Qüllələri” kompleksinin və Azərbaycan Diplomatik Akademiyasının (ADA) kampusunun inşası prosesində mühəndislik və məsləhətçi tərəfdaş kimi iştirak edib.Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin paytaxtın 250 min hektarlıq ərazisini əhatə edən regional inkişaf planı layihəsində tender iddiaçısı və məsləhətçi qismində təqdimatlarla çıxış edib.Xəzər dənizində neft-qaz operatoru olan BP şirkətinə dəniz və quru infrastrukturunun ətraf mühitə təsirlərini minimuma endirmək, ekoloji risk xəritələrini (məsələn, "Şəfəq-Asiman" müqavilə sahəsi) və biomüxtəliflik hesabatlarını hazırlamaq üçün qlobal ekspert qrupları ilə genişmiqyaslı elmi-konsaltinq dəstəyi verib.
Tarix: 5-10-2026, 14:56
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək