
"Bir daha qeyd edirəm ki, məmurların maaşlarının artması problem deyil – problem əhalinin gəlirlərinin az olmasıdır, etiraz doğuran məsələ budur..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.O daha sonra fikrini belə davam etdirir: "Əhali varlanmalıdır, hökumətin əsas hədəfi əhalinin varlanması olmalıdır – hədəf səhv seçilib, indi hökumət büdcənin dolmasını əsas məqsəd sayır.Halbuki, bu məqsəd ola bilməz - əhali varlansa, biznes inkişaf etsə zatən büdcəyə daha çox vəsait daxil olacaq. İndiki vergi-rüsum-lisenziya-cərimə-qadağa siyasəti, “qızıl yumurtlayan toyuqları kəsmək”, yanaşmasıdır.Bir müddət sonra büdcə də dolmayacaq, insanlar da dolana bilməyəcək, iqtisadiyyat isə "başı kəsilmiş toyuq", kimi çırpınacaq..."
Tarix: 2-10-2026, 09:36