Yevlax İcra Hakimiyyətinin milyonluq iki tenderi ləğv edildi - SƏBƏB

Yevlax Şəhər İcra Hakimiyyətinin elan etdiyi iki tenderin nəticəsi ləğv olunub. Tribuna.az xəbər verir ki, bu barədə rəsmi mənbələr məlumat yayıb.

Məlumatda deyilir ki, İcra Hakimiyyəti Yevlax şəhərində yolların əsaslı təmir işlərinin satınalınması ilə bağlı tender elan edib. 657 min manatlıq tenderin ləğv edilməsi qərara alınıb.

Digər tender isə Büdcədən kənar vəsait hesabına Yevlax şəhərində yolların əsaslı təmir işlərinin satınalınması ilə bağlı olub. Bu müsabiqənin də qiyməti ucuz olmayıb. İcra Hakimiyyəti işləri 564 min 398 manata icra etmək fikrində olub.

Hər iki tenderin ləğvinə səbəb isə prosesə qatılan şirkətlərin sayının 3-dən az olması olub.


Tarix: Bu gün, 16:10
Xəbəri paylaş



Xəbər lenti