Baş dəmiryolçu haqqında ilginc iddialar... - Belə deyirlər...

"Azərbaycan Dəmir Yolları" QSC-nin yeni rəhbəri Cavid Qurbanovla bağlı redaksiyamızın ünvanına ilginc faktlardan ibarət məlumat daxil olub. Dia.az həmin məlumatı olduğu kimi təqdim edir.
Məlumatı ötürən şəxs Cavid Qurbanovun fəaliyyəti, hətta onun həyat tərzini qaranlıq və qorxulu adlandırıb. Həmçinin mənbə Cavid Qurbanov haqqında Kəlbəcərdə orta məktəbdə oxuduğu vaxtdan bu günədək sürdüyü həyat tərzi ilə bağlı yazır:
"Baş dəmiryolçunun Kəlbəcərdə orta məktəbdə oxuyarkən bilik və bacarığı orta səviyyədən aşağı olub. Atası Qəmbər Qurbanovun Vəzirov dövründə Kəlbəcər rayonunun Xalq Deputatlar Soveti-nin sədri olması ona ali təhsil ocağını bitirməkdə kömək olub.
Hələ o vaxtkı Şamxor rayonunun Seyfəli kəndində dayıları və xalaları hesabına "hörmətlə" hərbi xidməti başa vuran yoldaş Qurbanovu sonradan Əbdülrəhman Vəzirovun Azərbaycan MK-nin birinci katib təyinatı və Qəmbər Qurbanovun birinci katiblə yaxın qohumluğu onu ilk vəzifəyə gətirib. Maştağa qəsəbəsində qaraj müdiri kimi çalışan Qubanov o vaxt işlədiyi yerdə "yeyən" müdir kimi ad çıxardıbmış.
Ayaz Mütəllibovun hakimiyyəti dövründə isə onun bayrağı altına keçən Cavid Qurbanov Maştağaya Azərbaycanın birinci prezidentinin xatirinə "qaynana" yolu çəkdirir. Bununla da münasibətlərini Mütəllibovla "yoluna qoyan" Cavid Qurbanov ilk xalını qazanır.
Cavid Qurbanov mərhum dövlət başçısı Heydər Əliyev dönəmində də "xüsusi bacarığı" sayəsində mühüm post tutub. Lakin məlum olduğu kimi mərhum prezident o vaxtkı "Azəravtoyol" Dövlət Şirkətinin prezidenti Cavid Qurbanovu tutduğu vəzifədən uzaqlaşdırıb.
Özü də mərhum dövlət başçısının Cavid Qurbanovla bağlı fərmanında bu şəkildə yazılıb: "Cavid Qəmbər oğlu Qurbanov işdə yol verdiyi və vəzifəsindən sui-istifadə etdiyinə görə Azərbaycan Respublikası "Azəravtoyol" Dövlət Şirkətinin prezidenti vəzifəsindən azad edilsin".
Bu cür fərmanın həbs ilə nəticələnəcəyini düşünən Cavid Qurbanov canını qurtarmaq üçün Rusiyaya qaçıb. Bu müddətdə Rusiyada gizlənən yoldaş Qurbanov Mahir Cavadovla və onun yaxınları ilə sıx əlaqələr qurub.
Sonda Cavadovlarla qurduğu planların baş tuta bilməyəcəyini anlayan Cavid Qurbanov yenidən kanallarını işə salaraq bu dəfə başqa vasitəçilərlə mərhum prezident Heydər Əliyevdən əfv diləyib və bağışlanıb. Bundan sonra isə tezliklə varidat sahibi olan Cavid Qurbanov ölkədəki oliqarx-məmurlar sırasına qatılıb.
"Azəryolservis"dən "Azərbaycan Dəmir Yolları" QSC-nin rəhbərliyinə gətirilən Cavid Qurbanov yeni vəzifəsindən narazıdır və buna görə də köhnə müdiri Ziya Məmmədova savaş açıb.
Bunun üçün "kisənin" ağzını açan Qurbanovun bir çox mətbuu orqanlara pul paylamaqda xəsislik etmədiyi bildirilir. Mənbə növbəti dəfə həmin mətbuu orqanların adlarının da redaksiyamıza göndəriləcəyini vurğulayır".
Müəllif dia.az-a göndərdiyi məqalədə həmçinin qeyd edir ki, Cavid Qurbanov hazrıki durumundan heç də razı deyil və onun daha yüksək məqamlarda gözü var: "Baş dəmiryolçu öz yaxınlarına baş nazir olmaq arzusunu gizlətməyib və əməyinin yüksək səviyyədə qiymətləndirilmədiyindən davamlı olaraq şikayət edir..."
İddia olunanlarla bağlı qarşı tərəfi də dinləməyə hazırıq...
Tarix: 16-07-2020, 10:17
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)