Dövlətin pullarını bir sağa səpir, bir sola... - İTTİHAM

“Azəravtoyol” MMC yeni avtomobil yollarının tikintisi və köhnə avtomobil yollarının təmiri ilə bağlı irimiqyaslı işlər barədə mütəmadi olaraq məlumat verir. Bəzi yol sahələrində “Azəravtoyol” əla avtobanlar inşa edib, digər yollardakı çox pisdir, ya da yeni asfalt tez dağılır. Bu barədə Azərbaycan mətbuatında kifayət qədər yazı var. Onlardan biri Turan-da dərc olunub: “İki dirək arasındakı yeni yol ilə necə getmək olar?”
24 iyul 2019-cu il tarixli bu nəşrdə Qax rayonunda yol tikintisi nümunəsində “Azəravtoyol” MMC-də büdcə vəsaitlərinin xərclənməsinin səmərəliliyi məsələsi qaldırılmışdı. Bir il keçib, MMC-dən cavab gəlməyib.
Problem aktual olaraq qalır, çünki yeni faktlar üzə çıxır ki, MMC bununla bağlı izahat verməlidir. 18 iyun 2020-ci il tarixində müxbirimizin çəkdiyi fotoda 2017-ci və ya 2018-ci ildə “Azəravtoyol” MMC tərəfindən Qobustan rayonunda inşa edilmiş metal yerüstü piyada keçidi görünür.
2017-ci ilin iyulunda MMC-nin saytı məlumat verib ki, bu MMC tərəfindən Şamaxı-Bakı avtomobil yolunun Qobustan hissəsində yeddi belə keçid tikilib. Məlumatda qeyd olunub ki, Qobustanda yeddi eyni yığma metal yerüstü keçid inşa edilir. Keçidlər iki pilləlidir, yerdən 5,5 km. yüksəklikdədir, qallereyaların eni 3 metrdir, avtomobil trassının genişliyindən asılı olaraq pilləkən aşırımları ilə birlikdə uzunluğu 35.5-46.7 metrdir.
Beş keçid Müşfiqabad, Zahirli, Cəngi, Ərəb və Nərimankənd yaşayış məntəqələrinin yaxınlığında tikilib. İki keçid isə onlardan biri fotoda görünür, “təmiz meydanda” yığılıb, yəni, bu keçidlərin hər iki pilləkən aşırımının yanında bir neçə kilometr məsafədə heç bir yaşayış məntəqəsi yoxdur. Sağında və solunda heç kim yaşamayırsa, bu keçid kimin üçündir?
İki keçidin qəsəbə və kəndlərdən uzaqda inşa edilməsi Qobustan rayonunda yeddi keçidin inşası barədə rəsmi məlumatdan bəlli olur. Əgər bu məlumatda (“Azəravtoyol” MMC-nin saytında) beş keçidin yerin Bakıdan uzaqlığı və yaxın yaşayış məntəqələrinin adlarının qeyd edilməsi ilə göstərilibsə, iki keçid “Qobustan rayonunda” tikilmiş, Azərbaycan paytaxtından 92,7 və 99 km. məsafədə yerləşən keçid kimi göstərilir.
http://www.aayda.gov.az/az/news/1069
“Azəravtoyol” MMC-nin saytında hər keçidin ümumi dəyəri göstərilmir, bu korporativ saytda yalnız prezidentin bu MMC-nin işlərinin aparılması üçün ayırdığı məbləğlər barədə məlumat tapmaq mümkündür. Yollar, keçidlər, körpülər və s. üzrə ayrı-ayrılıqda konkretləşdirilmə aparılmadan.

Konstruktiv xüsusiyyətlərinə və istifadə olunan materiallara görə Rusiyada yerüstü piyada keçidləri 38 mln.rubl (Kazanda piyada keçidi) və ya 928 246 manata başa gəlir.
Qobustan rayonunda, Bakı-Şamaxı avtomobil yolunun üstündə iki piyada keçidinin təyinatı barədə soruşmağa çalışdıq. İyulun 22-də səhər saat 10:00-da telefon zənginə MMC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı cavab verib. Əməkdaş bizim suallarımızı, telefon nömrəmizi qeyd edib və sualların rəhbərliyə çatdırılacağını vəd edib. Həmin günün saat 14.46-dək cavab almadıq. MMC-də ikinci telefon zənginə cavab vermədilər.
Ona görə də biz MMC-nin elektron ünvanına iki sual göndərdik:
1.Bakıdan 92,7 və 99 km. məsafədə Qobustan rayonu ərazisində iki yerüstü piyada keçidi kim üçün inşa edilib?
2.Hər keçidin tikintisinə nə qədər büdcə vəsaiti xərclənib?
“KİV haqqında” qanuna əsasən, cavab 24 saatdan gec, “İnformasiya azadlığı haqqında” qanuna görə isə 7 gündən gec təqdim olunmamalıdır.
Biz cavab gözləyirik və “İnformasiya azadlığı haqqında” qanuna riayət olunmasına nəzarət etməli olan insan hüquqları üzrə ombudsmanın yardımına ümid edirik. Əks halda, cavab məhkəmə qaydasında alınacaq.
Tarix: 26-06-2020, 09:16
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək