Sabiq Vergilər nazirinin böyük həcmdə vergi borcu var – Şirkətlərinin SİYAHISI

2010-cu ildə dövlət qeydiyyatına alınan və son illərə kimi Azərbaycanın ən böyük holdinqlərindən biri olan “Synergy Group”un və bu holdinqəa daxil olan şirkətlərin dövlət büdcəsinə böyük həcmdə vergi borcları var.
Yeniavaz.com xəbər verir ki, “Synergy Group”un adı uzun illər mətbuatda sabiq Vergilər naziri Fazil Məmmədovla birgə hallanıb. “Synergy Group” və bu qrupa daxil olan şirkətlərin rəhbərliyində təmsil olunan şəxslər Fazil Məmmədovun yaxın çevrəsində olan şəxslər olub.
“Synergy Group” və bu qrupa daxil olan şirkətlərin vergi borcları aşağıdaki kimidir:


Məlumat üçün bildirək ki, Fazil Məmmədov 28 mart 1964-cü ildə Şamaxı rayonunda anadan olub. 1985-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun maliyyə-kredit fakültəsini bitirib. 1987-1989-cu illərdə Gəncədə Sənaye-Tikinti Bankında iqtisadçı, kassa müdiri və Bakı Sənaye-Tikinti Bankının Əməliyyat İdarəsində iqtisadçı vəzifələrində çalışıb. 1989-cu ildən 1993-cü ilə qədər Maliyyə-Kredit Texnikumunda müəllim, kafedra müdiri işləyib. 1993-cü ildə "Ünsal" Kommersiya Bankı İdarə Heyətinin sədri seçilib. 1994-cü ildə Aqrar Sənaye Bankının Şəmkir şöbəsinin müdiri vəzifəsində çalışıb. 1995-1999-cu illərdə Dövlət Gömrük Komitəsinin Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsi rəisinin müavini və rəisi, həmin sahə üzrə Gömrük Komitəsi sədrinin müavini vəzifəsində çalışıb.
1999-cu il iyun ayının 20-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Baş Dövlət Vergi Müfəttişliyinin rəisi təyin edilib. 2000-ci il fevral ayının 11-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Azərbaycan Respublikasının Vergilər Naziri təyin edilib. 5 dekabr 2017-ci ildə vəzifəsindən azad edilib.
Maraqlıdır ki, 50 milyon manat nizamnamə kapitalı olan və istehsalat, tikinti, kənd təsərrüfatı, İKT, otelçilik, təhsil, səhiyyə və bank işi kimi onlarla sahədə geniş fəaliyyəti olan “Synergy Group” Fazil Məmmədov nazir vəzifəsindən uzaqlaşdıqdan qısa müddət sonra fəaliyyətsiz olub. “Synergy Group”un rəsmi veb-səhifəsinə (www.synergygroup.az) daxil olub bunu asanlıqla görmək mümkündür. 2018-ci ilin avqust ayından sonra şirkətin rəsmi veb-səhifəsinə heç bir məlumat daxil edilməyib.
Onu da bildirək ki, yuxarıda adı qeyd olunan vergi borcu olan şirkətlərdən başqa “Synergy Group”a aşağıdaki şirkətlər də daxildir:
- "Synergy Construction” MMC – inşaat, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Renaissance Construction Azәrbaycan” MMC – inşaat, birgә müәssisә, iştirak payı 50%;
- "Azagro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
- "B.N.M.” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
- "Caspian Coast Winery and Vineyards” MMC – şәrabçılıq, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Tradehouse Caspian Coast Winery and Vineyards” MMC – şәrab mәhsullarının satışı vә paylanması, törәmә müәssisә, iştirak payı 100%;
- "Khazar-Turizm” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
- "Caspian Agro” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 50%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Azagroexport” MMC – kәnd tәsәrrüfatı, törәmә müәssisә, iştirak payı 100%;
- "Exclusive Dining” MMC – restoran, törәmә müәssisә, iştirak payı 100%;
- "Shamkir City Hotels and SPA” MMC – turizm vә otelçilik, törәmә müәssisә, iştirak payı 100%;
- "Azәrbaycan Universiteti” – tәhsil, törәmә müәssisә, iştirak payı 90%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Unicamp” MMC – tәhsil, törәmә müәssisә, iştirak payı 100%;
- "Ecolime” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Foundation” – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Development” MMC – daşınmaz әmlakın idarә olunması, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Sport” MMC – qeyri-kommersiya tәşkilatı, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Technics” MMC – investisiya şirkәti, törәmә müәssisә, iştirak payı 100%, aşağıdakı müәssisәdә iştirak payına malikdir:
- "Zәyәmkәndmaş” ASC – metal konstruksiyaların istehsalı, törәmә müәssisә, iştirak payı 51%;
- "Azerbaijan Global Investments” ASC – investisiya şirkәti, asılı müәssisә, iştirak payı 32%;
- "Azerbaijan Fibro Cement” MMC – tikinti materiallarının istehsalı, törәmә müәssisә, iştirak payı 100%;
- “Synergy Jet” MMC, – jet әmәliyyat şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
- "Synergy Trading” MMC, ticarәt şirkәti, törәmә müәssisә, iştirak payı 100%;
- "Caspian Development Bank” ASC, törәmә müәssisә, iştirak payı 99.91%;
Tarix: 24-06-2020, 14:56
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək