Gömrükdə SIXINTILI DURUM - Deputat danışır...

Son günlərdə "Samur" gömrük postunda yaranmış vəziyyət Rusiyaya mal aparan iş adamlarını ciddi şəkildə narahat edib.
Belə ki, son günlər ölkəmizin Rusiya Federasiyası ilə sərhəddə yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postundan keçən yük nəqliyyat vasitələrinin sayında ciddi artım müşahidə olunur.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin yaydığı məlumatda bildirilib ki, buna səbəb mövsümlə əlaqədar kənd təsərrüfatı məhsullarının ixracının, eləcə də ölkəmizdən keçən tranzit yük nəqliyyat vəsaitlərinin sayının artmasıdır. Məlumatda o da qeyd olunub ki, "Samur" gömrük postunun ixrac nəzarət xətti vasitəsilə gündəlik 250-300-ə qədər yük nəqliyyat vasitəsinin keçidi təmin edilir. Belə ki, mayın 27-də 260, mayın 28-də 278, mayın 29-da isə 281 yük nəqliyyat vasitəsi qonşu ölkəyə yola salınıb.
Hazırda, 1 iyun tarixində sözügedən sərhəd-keçid məntəqəsində vəziyyətin necə olmasını öyrənmək üçün Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi ilə əlaqə saxladıq.
Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Natiq Axundov Cebhe.info-ya açıqlamasında deyib ki, problem tamamilə həll olunmasa da, gücləndirilmiş iş rejimidir:
“Hazırda “Samur” gömrük postunda mövcud sıxlıq yüngül şəkildə qalmaqdadır. Hal-hazırda gücləndirilmiş iş rejimində fəaliyyət davam edir və yük maşınlarının keçidi təmin olunur. Gün ərzində 300-ə qədər yük maşını keçir. Bu, tək ixracata aiddir. Mövcud sıxlıq yaxın 2-3 gün ərzində tam aradan qaldırılacaq”.
Məsələyə millət vəkili Fazil Mustafa da münasibət bildirib. Millət vəkili qeyd edib ki, gecəli-gündüzlü çalışılıb vətəndaşın düşdüyü vəziyyətdən çıxmasına kömək etmək lazımdır:
“Bu məsələdə dövlətin bütün strukturları, müvafiq qurumlar ciddi çalışmalıdır ki, insanların malları xarab olmasın. Bu istiqamətdə dövlət mümkün olan bütün addımları atmalıdır. Onsuz da pandemiya dövründə xeyli zərərə düşüblər. Heç olmasa, bu zərərin kompensasiya olunması üçün orada xüsusi rejim yaradılmalı və yük maşınlarının sürətli gediş- gəlişi təmin olunmalıdır. Burada hər hansı bir bəhanə ola bilməz. Burada gecəli-gündüzlü çalışılmalı da olsa, vətəndaşın düşdüyü vəziyyətdən çıxmasına kömək etmək lazımdır. Yəni bütün hallarda gözləmə isti hava şəraiti ilə əlaqədar məhsulu zay edir. Bu məhsulların hətta bir neçə saat gözlədilməsi də onun sıradan çıxmasına səbəb ola bilər. Ona görə də sənədləşmə və digər məsələlər operativ həll olunmalıdır ki, vətəndaşın sıxıntısı azalsın və zərərə düşməsin”.
Deputat “Samur” gömrük postuna alternativ yaradılmasının vacib olduğunu da əlavə edib:
““Samur” gömrük postuna alternativ post da yaratmaq lazımdır. Onsuz da vətəndaşlar buraxılmır. Heç olmasa, yük maşınlarının buraxılışını rahat formada həyata keçirmək lazımdır ki, vətəndaşlar bazara məhsul çıxararaq qazanc əldə edə bilsinlər”.
Tarix: 1-06-2020, 17:29
-
Dünən, 23:07
ASAN xidmət adı altında PUL TƏLƏSİ? - İş təcrübəçiyə həvalə olunursa...
-
Dünən, 23:06
Məmurların cəzasız qalan cinayətləri silsiləsindən: Gəncə-Daşkəsən Regional Təhsil İdarəsində rəsmi saxtakarlıqlar və qanunsuz təyinatlar zənciri
-
Dünən, 23:04
Binəqədidə maklerlər “at oynadır”: Böyükşor gölünü qurudub hissə-hissə “rasxoda” verən kimlərdir?
-
Dünən, 11:53
Aviasiyada gələcək inkişafın əsasını artıq beton deyil, rəqəmsal texnologiyalar təşkil edir
-
Dünən, 11:27
İcra başçısının oğlu klub direktorunu məhkəməyə verdi - İllərdir davam edən qalmaqal
-
Dünən, 11:20
“Rosko” məhsullarının istehsal prosesi necə təşkil olunub?
-
Dünən, 11:12
Bu rayonlarda əməliyyat: SAXLANILANLAR VAR
-
Dünən, 11:10
Milli Onkologiya Mərkəzi 35 milyonluq kimyəvi dərman preparatlarını, laborator reagentləri bu şirkətdən alacaq
-
Dünən, 09:43
Tramp: Kosmosda yerləşən müşahidə sistemlərimiz vasitəsilə İrandakı nüvə obyektlərini izləyirik
-
Dünən, 09:37
Azərbaycanın ən kasıb 10 RAYONU hansılardır?
-
Dünən, 07:44
Fərəcov yenə Nigar Bağırovaya 280 minlik tender verdi - Rəqəmlər hər il böyüyür
-
Dünən, 07:42
Ukrayna “Mavi axın” qaz kəmərinin stansiyasına hücum etdi
-
Dünən, 07:39
ABŞ kəşfiyyatından sensasiya: İran atəşkəs dövründə raket arsenalının yarısını bərpa edib
-
Dünən, 07:36
Rusların qorxulu kabusu – Ukrayna dronları... VİDEO
-
Dünən, 07:30
ABŞ Ukrayna üzərində uçuşa qadağan zona tətbiq edəcək
-
Dünən, 07:26
İcra hakimiyyətinin "tədbir gördük" dediyi QANUNSUZ OBYEKT İŞ BAŞINDA! - Şağanda nələr baş verir? VİDEO
-
8-07-2026, 22:55
Mədəniyyət Nazirliyinin vəzifəli əməkdaşı Bakıda özünə obyekt tikdirib – Təfərrüat
-
8-07-2026, 22:52
Sakinlərin səbri tükəndi: Metronun "Ulduz" stansiyasının çıxışı niyə bərbad haldadır? - VİDEO
-
8-07-2026, 22:50
KMBİ-dən “Any Unboxing”ə qarşı əməliyyat - 2,5 milyona yaxın ziyan dəyib-Video
-
8-07-2026, 22:47
AZAL təyyarələri Bakıya boş yerlərlə uçur - Naxçıvanda isə kassalarda bilet tapılmır
-
8-07-2026, 22:37
Əl şəkin insanlardan, imkan verin biznes qura, inkişaf etdirə bilsinlər
-
8-07-2026, 17:09
Azay Möhnətov adlı "Böyük Güc" - 5 ildir konpensasiyanı ödəmir
-
8-07-2026, 17:08
Tramp “Ərdoğanı qoymadım” dedi, sui-qəsd çağırışı edildi – Ankarada nə baş verir?
-
8-07-2026, 16:57
Qanunsuz orden-medallar təsis etməkdə ittiham olunan QHT rəhbərinə hökm oxundu
-
8-07-2026, 16:54
AHİK-də böyük qalmaqal - Sahib Məmmədov bütün otaqlara dinləyici qurğular yerləşdirib?
-
8-07-2026, 16:52
YAP-ın Xaçmaz təşkilatının sədrinin saxlanılması xəbəri yayılıb - YENİLƏNDİ
-
8-07-2026, 16:42
Peşə Təhsilində qiymət və bal qalmaqalı – Tələbələr etiraz edir
-
8-07-2026, 16:41
Sahibkarlığa "unikal" dəstək - İcra hakimiyyəti sahibkara belə "dəstək" olur
-
8-07-2026, 16:35
Politoloq - "Müctəba Xameneinin görünməməsi İranda hakimiyyət balansı ilə bağlı suallar yaradır"
-
8-07-2026, 11:28
Rayon rəhbəri Ələsgərli kəndində tingçilik təsərrüfatı ilə tanış olub