Bakıda silahlı insident nəticəsində ölən şəxsin kimliyi məlum olub.
AXS.az xəbər verir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, güllələnən şəxs Yüzbaşov Rüfətdir. Hadisə Zaqulbada restoranların birində olub.
Bakıda silahlı insident baş verib.
Məlumata görə, hadisə zamanı bir nəfər baş nahiyəsindən güllə yarası alıb. Yaralı Respublika Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib. Məlumata görə, güllələnən yüksəkrütbəli şəxsdir. İnsident şəxsi zəmində baş verib.
Hadisənin detalları araşdırılır.