Qeysəriyyə əməliyyatı olunan 31 yaşlı qadın öldü



Göyçayda bir neçə həftə əvvəl qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilən 31 yaşlı qadın paytaxtdakı klinikalardan birində dünyasını dəyişib.


AXS.az "Teleqraf"a istinadən xəbər verir ki, Zərdab rayon sakini, 31 yaşlı Səkinə Yusifovanın Göyçay rayonundakı tibb müəssisələrindən birində qeysəriyyə əməliyyatı zamanı bağırsağı deşilib və səhhətində ciddi problem yaranıb.
 

Bu səbəbdən xəstə Respublika Klinik Xəstəxanasına göndərilib. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.


Tarix: 5-10-2026, 23:24
Xəbəri paylaş



Xəbər lenti