Rusiyanın Kiyevə hücumu: Bir azərbaycanlı həlak oldu, yaralananlar var

Ukraynanın paytaxtı Kiyev ətrafında mərkəzi "Stolıçnı" kənd təsərrüfatı bazarı Rusiya ordusunun reaktiv dron hücmuna məruz qalıb.


Xitab24.az-ın məlumatına görə, hücum nəticəsində Azərbaycan vətəndaşı, Kürdəmir rayon sakini, 1978-ci il təvəllüdlü Abbas Abbasov ölüb.


O, bazarda ticarətlə məşğul olurmuş.


Hücum zamanı daha bir neçə azərbaycanlı yaralanıb. Onların kimliyi müəyyənləşdirilir.

Tarix: 28-09-2026, 10:03
Xəbəri paylaş



Xəbər lenti