Ötən gün "SOCAR"a məxsus Qərbi Abşeron yatağı, 50 saylı platformada işçi bədbəxt hadisə nəticəsində ölüb.
Bizimesr.media xəbər verir ki, bu haqda “Neftçilərin Hüquqlarının Müdafiəsi” İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı məlumat yayıb.
Onun sözlərinə görə, SOCAR AQŞ-nin işçisi, çilingər peşəsində çalışan Nizami Abbasov qaldırıcı qurğunun üzərinə aşması zamanı həyatını itirib.