"Dedilər ki, ya dediyimizi eləyəcəksən, ya da burada çürüyəcəksən..." - "İdeal" sahibinin başına gətirilən müsibətlər...

Azərbaycanda kosmetika, parfümeriya mallarının satışıyla məşğul olan "Sabina" və "İdeal" mağazalar şəbəkəsinin daxil olduğu "Adore Company" MMC-nin hesablarına həbs qoyulub. Bu barədə Xəzər Rayon Məhkəməsi qərar çıxarıb. Həbs qərarı şirkətin müxtəlif banklarda ("Paşa Bank", "Kapital Bank", "Unibank", "AFB Bank" və s.) olan hesablarını əhatə edir.
DİA.AZ xəbər verir ki, qərar "İdeal" mağazalarının keçmiş sahibi, "İdeal Company" MMC-nin təsisçisi və keçmiş baş direktoru İlqar İsmayılovun ərizəsi əsasında çıxarılıb. "İdeal"ın zorla əlindən alındığını deyən İ.İsmayılov bununla əlaqədar "Adore Company"ə qarşı məhkəmədə iddia qaldırıb. İddianın təmini tədbiri kimi də öncədən şirkətin bank hesablarına həbs qoyulmasını istəyib. Məqsəd də budur ki, gələcəkdə məhkəmə bu çəkişmədə onun xeyrinə qərar versə, tələb etdiyi məbləği qarşı tərəfdən ala bilsin. Dia.az xəbər verir ki, məlumatı İ.İsmayılov da təsdiqləyib. Bildirib ki, ayrı-ayrılıqda beş məhkəmə iddiası qaldırıb, proseslər davam edir.
İşadamı "İdeal"dakı payının əlindən alınmasında suçladığı "Premium Bank" (keçmiş "SilkWay Bank") rəhbərliyinə qarşı da iddia qaldırıb. Eyni zamanda, müxtəlif dövlət orqanlarına şikayət edib. Vergilər Nazirliyindən aldığı cavab məktubunda yazılıb ki, bankda yoxlamalar nəticəsində qanunsuzluq halları aşkarlanıb, uyğun tədbirlər görülüb. Bu bankda adına 5 milyonluq saxta kredit müqaviləsi tərtib olunması haqda İ.İsmayılovun iddiasına gəlincə, işadamına bildirilib ki, bu, onlara aid məsələ deyil, məhkəməyə müraciət etsin: "Müraciətinizdə vergi orqanlarının səlahiyyətinə aid olmayan digər məsələlər barədə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun qaydada məhkəməyə müraciət edə bilərsiniz".
İ.İsmayılov 1999-cu ildə "İdeal" mağazalar şəbəkəsini yaradıb, 2011-ci ilə qədər onun tək sahibi olub. İşadamının sözlərinə görə, həmin ilin noyabrında "Premium Bank" rəhbərliyində təmsil olunan şəxslərin təklifi ilə 100 faizlik payının 50 faizini onlara satıb. İşadamı iddia edir ki, şirkətdəki qalan 50 faizlik payını satması üçün 2015-ci ildən təzyiqlərlə üzləşib. Bu üzdən daha 25 faizi təhvil verməli olub. Qalan 25 faizə gəlincə, işadamının iddiasına görə, onu saxta ittihamla həbs edib, qalan payını da əlindən alıb buraxıblar:
"Adıma 5 milyonluq saxta kredit müqaviləsi rəsmiləşdirib, qalan payımı da aldılar. 2017-ci ilin sentyabrında Bankın Müşahidə Şurasının sədri Elçin Əhmədov vəkili ilə həbsxanaya gəldi, notarius dəvət elədilər. Mənə vəkilin adına etibarnamə imzalatdırdılar. Dedilər ki, "ya dediyimizi eləyəcəksən, ya da burada çürüyəcəksən, uşaqlarını düşün". Həmin etibarnamə əsasında mənim 25 faizlik payım da alqı-satqı yoluyla əlimdən aldılar. Dərhal ev dustaqlığına buraxıldım, ardınca cinayət işinə xitam verildi".
"Premium Bank"dan isə mediaya bildirilib ki, İ.İsmayılovun müxtəlif dövlət orqanlarına göndərdiyi şikayətlər araşdırılıb. Onun iddiaları təsdiqini tapmayıb. Bankdan onu da qeyd ediblər ki, 5 milyonluq kredit müqaviləsi gerçək olub, İ.İsmayılovun həmin vəsaiti almadığı haqda söylədikləri həqiqətəuyğun deyil.
"İdeal Company" MMC adını dəyişərək sonradan "Adore Company" MMC kimi dövlət qeydiyyatına aldırıb. Şirkətin dövlət qeydiyyatında bununla bağlı dəyişiklik 10 yanvar 2020-ci ildə baş verib. Həmin ərəfədə şirkət "Sabina" mağazalar şəbəkəsini də alıb. Hər iki mağazalar şəbəkəsi hazırda "Adore Company" MMC-də birləşib. Rəsmi sənədlərə əsasən, "Adore Company"nin qanuni təmsilçisi isə Samir Əliyevdir.
Tarix: 17-07-2020, 08:19
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)