Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev saxta arayışlar satan zaman xidməti otağında saxlanılıb - FOTO

Koronavirus infeksiyasının yayılmasının qarşının alınması məqsədi ilə ölkədə elan edilən xüsusi karantin rejiminin müxtəlif yollarla pozulması hallarına təəssüf ki, hələ də rast gəlinməkdədir. Belə neqativ hallara qarşı Daxili İşlər Nazirliyi və Respublika Baş Prokurorluğunun əməkdaşları tərəfindən mütəmadi olaraq birgə tədbirlər davam etdirilir. Bu barədə DİA.AZ-a Daxili İşlər Nazirliyindən (DİN) verilən məlumatda deyilir.
Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilən xüsusi tədbir nəticəsində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sədri Niyaz Niftiyev və həmin qurumun Bələdiyyə Gəlirlərinin və Yerli Vergilər Şöbəsinin rəisi Sahib Abışov xüsusi karantin rejimi qaydalarını pozaraq sərbəst hərəkət etmək istəyən ayrı-ayrı şəxslərə onların qəsəbə ərazisində guya məyvə-tərəvəz və digər yeyinti məhsullarının satışı ilə məşğul olduqları barədə saxta arayışlar satan zaman xidməti otaqlarında saxlanılıblar.
Araşdırma zamanı Niyaz Niftiyev və Sahib Abışovun martın 31-dən aprelin 14-nə qədər müxtəlif şəxslərə karantin postlarında yoxlamalar zamanı təqdim etmək üçün 431 ədəd saxta arayış satdıqları məlum olub. Bununla da Niyaz Niftiyev və Sahib Abışov saxta sənəd satdıqları şəxslərin xüsusi karantin qaydalarının tələblərini pozaraq sərbəst hərəkət etməsinə şərait yaradıblar. İstintaqın gedişi zamanı saxta arayışların satıldığı şəxslərin də izahatları alınıb və onlar qeyd edilən saxta buraxılış sənədlərini pul müqabilində Binəqədi qəsəbə Bələdiyyəsindən əldə etdiklərini bildiriblər.
Faktla bağlı Baş İdarənin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 320.1-ci (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) və 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddələri ilə cinayət işi başlanılıb. Qeyd olunan cinayət əməllərini törətməkdə şübhəli bilinən Niyazi Niftiyev və Sahib Abışov tutularaq istintaqa cəlb olunublar. Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.





Tarix: 16-04-2020, 17:17
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək