İki ay əvvəl işdən çıxarılan rəisə – Cinayət işi açıldı

İki ay əvvəl Dövlət Gömrük Komitəsinin Balakən Gömrük İdarəsinin rəisi vəzifəsindən azad olunan Kamran Yusifova cinayət işi açılıb.

AXS.az  “Qafqazinfo”ya istinadən xəbər verir ki,gömrük polkovnik-leytenantı vəzifə cinayətlərində ittiham olunur.

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumat əsasında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb. K.Yusifov barəsində Cinayət Məcəlləsinin 309-cu (vəzifə saxtakarlığı) və başqa maddələrlə cinayət işi başlanılıb.

İstintaqın gedişində eks-idarə rəisinin əməlləri nəticəsində dövlətə və ya vətəndaşlara hansı formada və nə qədər ziyan dəydiyi dəqiqləşəcək.

Tarix: Bu gün, 12:03
Xəbəri paylaş



Xəbər lenti