Bayandur kənd sakinlərinin müraciəti həll olunub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə uyğun olaraq mütəmadi surətdə Tərtər Rayon İcra Hakimyyəti başçısı tərəfindən həm rayon icra hakimiyyətində, həm də yerlərdə vətəndaş qəbulları keçirilir. Keçirilən qəbullarda vətəndaşları narahat edən məsələlər yerində öyrənilir və onların rastlaşdıqları problemləri həll olunaraq, vətəndaş məmnunluğu təmin olunur.

Tərtər Rayon İcra Hakimiyyəti başçısının növbəti qəbulu zamanı Bayandur kənd sakini Məhəmmədəli Məmmədov kənd sakinləri adından müraciət edərək Bayandur kənd qəbiristanlığı üçün yeni ayrılmış torpaq sahəsinin hamarlanmasını xahiş edib. 

Müraciət əsasında rayon icra hakimiyyəti başçısının göstərişi ilə Buruc bələdiyyəsi tərəfindən Bayandur kənd qəbiristanlığı üçün ayrılmış torpaq sahəsi xüsusi texnika vasitəsi ilə hamarlanmışdır.

Kənd sakinləri müraciətlərinin tez bir zamanda həll olunduğuna görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.

 

Tarix: Bu gün, 16:24
Xəbəri paylaş



Xəbər lenti