"DİA-AZ" xəbər verir ki, bu barədə "AzBank Klubu" sosial qrupundakı paylaşımda giley olunur.Narazı vətəndaş daha sonra bildirir: "Cəmi 5 günlük gecikmə olmasına baxmayaraq, şirkətin əməkdaşları tərəfindən mənə qarşı açıq şəkildə təzyiq və hədə-qorxu tətbiq olunur. Mən borcumu 10 gün ərzində gecikməsi ilə birlikdə ödəyəcəyimi bildirmişəm, buna baxmayaraq “bu gün ödəməlisən” kimi ultimatum verilir.Ən narahatedici məqam isə budur ki, mənim icazəm olmadan qohumlarıma zəng olunub və şəxsi maliyyə məlumatım paylaşılıb. Bu artıq təkcə etik deyil, eyni zamanda hüquqi baxımdan da ciddi pozuntudur.Bundan əlavə, mənə göndərilən mesajlarda “məhkəmə, hesabların bloklanması, ölkədən çıxışa qadağa” kimi ifadələrlə açıq şəkildə psixoloji təzyiq göstərilir. Halbuki hər kəs bilir ki, bu cür tədbirlər yalnız məhkəmə qərarından sonra mümkündür.Mən borcumu ödəməkdən imtina etmirəm. Sadəcə olaraq:vətəndaş kimi hüquqlarıma hörmət olunmasını,şəxsi məlumatlarımın yayılmamasını,təzyiq və hədə-qorxu olmadan normal ünsiyyət qurulmasını tələb edirəm..."
