
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar Tərtər Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Heydər Əliyev prospektində ağacəkmə aksiyası keçirilib.
Aksiyada Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, məhkəmə və hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinin rəisi Qədir Babayev, İƏD üzrə nümayənəliklərin əməkdaşları, bələdiyyə sədrləri, Tərtər Şəhəri Komunal təsərrüfatı idarəsinin və “DOST” MMC-nin işçiləri iştirak ediblər.
Aksiya çərçivəsində ərazidə 200 ədəd eldar şamı əkilib, əkilən ağaclar suvarılıb, mövcud ağacların dibi yumşaldılıb və yaşıllıqlara aqrotexniki qaydada qulluq göstərilib.
Ağacəkmə aksiyasında iştirak edən rayon rəhbəri bildirib ki, təbiətin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılması xalqımızın Ümummilli Lideri Heydər Əliyevin çoxşaxəli fəaliyyətinin mühüm tərkib hissəsi olub. Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizdə ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilir.
