Şəki Elektirk Şəbəkəsində BİABIRÇILIQ: Söhrab vətəndaşın 7000 manatı ələ keçirib?


«Azərişıq» ASC -nin daxilində baş verən rüşvətxorluq elə bir mərhələyə çatıb ki, bunun da həlli yolu ancaq hüquq mühafizə orqanları və digər qrumlar tərəfindən araşdırılmalıdır.

 Demiryumruq.az saytına daxil olan şikayətlərin bir qismində göstərilir ki, «Azərişıq» ASC-nin regionlarda təyin etdiyi rəhbərlər ancaq rüşvətxorluqla və ya digər xoşagəlməz işlərlə məşğuldur. Nəzərinizə çatdıraq ki, məqalə redaksiyamıza təqdim olunan səs yazıları və digər sübütlar əsasında hazırlanıb. Belə ki, Şəki şəhər Baş Göynük kənd sakini və eyni zamanda sahibkar Xəlilov Rəhman Zaməddin oğlu tərəfindən bütün diqqətləri cəlb edən şikayət məktubunda göstərilir ki, Şəki Elektrik Şəbəkəsinin rəhbər şəxsləri öz vəzifə səlahiyyətlərindən sui-istifadə edərək sahibkarın 7000 (yetdi min) manat pulunu ələ keçiriblər.. Vətəndaş daha sonra iddia edir ki, üzərlərinə götürülən öhtəlik yerinə götürülmədiyi üçün pulu geri qaytaracağını vəd verən Söhrab adlı əməkdaş hələ də vəsaiti qaytarmadığını bildirir. Elə məhz 7000 min manat məbləğ Söhrab müəllimə xidməti otağında verilib.

Kimdir Söhrab?

Apardığımız araşdırmaların nəticəsinə görə, Şəki Elektrik Şəbəkəsində yaşanan bu cür problem kifayət qədərdir. Maraqlı məqam ondan ibarətdir ki, «Azərişıq» Açıq Səhimdar Cəmiyyətinin sədri Vüqar Əhmədov regionlarda baş verən özbaşınalıqlara məhəl qoymur və ya görməzdən gəlir. Təbii ki, belə olan halda məmur fironluğu acıq şəkildə özünü bürüzə verəcək. 

Onu da qeyd edək ki, Şəki Elektrik Şəbəkəsində baş verən rüşvətxorluq, korrupsiya faktları olduğu üçün məsələyə Baş Prokororluq Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi dərindən araşdırma aparmalıdır. 

Mənbə:  Demiryumruq.az 

Tarix: 13-04-2026, 12:16
Xəbəri paylaş



Xəbər lenti