
Masallı, Lerik, Yardımlı, Cəlilabad meşələrinin kütləvi şəkildə qırılması ilə bağlı elektron mediada və sosial şəbəkələrdə son aylar adıçəkilən rayon sakinlərinin çoxsaylı şikayətlərinə rast gəlinir. Məlumatlarda sakinlər bu rayonlarda meşələrin kütləvi şəkildə qırılması ucbatından ekoloji vəziyyətin dözülməz olduğunu bildirirlər. Qəribə orasıdır ki, sübut və dəlillərlə yayılmış video faktlara Ekologiya və Təbii Sərvətlər Nazirliyi heç bir açıqlama vermir. Sanki bu meşələrin onlara heç bir aidiyyatı yoxmuş kimi.
Ekoloji cinayətlə bağlı cumhuriyyet.az-a verilən məlumata görə övbəti meşə talançılığı Masallıdakı 11 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinə tabe olan Masallı-Lerik qaz xətti üzərindəki 4 saylı meşə zolağında baş verib. Ərazidə həyata keçirilən “yaşıl soyqırımı”a dair video və foto kadrlar redaksiyamıza təqdim edilib. Videogörüntülərdən aydın olur ki, ərazidə xeyli çoxillik ağac növləri, eləcə də mebel hazırlanmasında istifadə olunan palıd və fıstıq ağacları kütləvi şəkildə məhv edilib. Bu qanunsuzluqlar 11 saylı RMTM-in direktoru Nəsimi Nəsibov və meşələrin qorunması və mühafizəsi üzrə baş mühəndis Emin Əhədov və 4 saylı meşə zolağının nəzarətçisi Elmar Bağırovun nəzarəti altında həyata keçirilib. O bildirib ki, belə geniş miqyasda ağac kəsimi onların xəbəri olmadan mümkün deyil:





