Şirvanda yaşıllıq sahəsi hasarlanır – tikinti iddiaları narahatlıq doğurur


AzTimes.az xəbər verir ki, Şirvan şəhərinin Heydər Əliyev prospektində yerləşən yaşıllıq sahəsi ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ictimai narahatlığa səbəb olub.Paylaşılan kadrlardan görünür ki, sözügedən ərazi dəmir konstruksiyalarla hasara alınıb. İddialara görə, həmin sahədə yaxın vaxtlarda tikinti işlərinin aparılması planlaşdırılır.Məlumatlı mənbələrin bildirdiyinə əsasən, ərazidə mövcud olan ağacların diqqətdən kənarda qalması üçün müəyyən addımların atıldığı ehtimal olunur. Eyni zamanda qeyd edilir ki, hasarlama işləri zamanı aidiyyəti qurumların, o cümlədən Yaşıllaşdırma idarəsinin məlumatı olmadan ağacların budanması ilə bağlı işlər də aparılıb.Məsələnin aktuallığını nəzərə alaraq, aidiyyəti qurumların vəziyyəti araşdıracağı və qanunvericiliyə uyğun tədbirlər görəcəyi gözlənilir.Qeyd edək ki, səsləndirilən iddialarla bağlı qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.


Tarix: 26-03-2026, 22:53
Xəbəri paylaş



Xəbər lenti