Masallı icra hakimiyyətinin ilginc partnyoru... - Başçıların "BİRLİK-3A" MMC sevdası...

Masallı Rayon İcra Hakimiyyəti Başçısının Masallı Şəhər üzrə Nümayəndəliyi tenderinin qalibini açıqlayıb. DİA.AZ xəbər verir ki, tenderi "BİRLİK-3A" MMC qazanıb. İcra hakimiyyəti Masallı şəhərinin şəhərdaxili yollarının asfalt-beton təmiri işlərinin satınalınması üçün şirkətə 747 min 672 manat ödəyəcək.
Qeyd edək ki, "BİRLİK-3A" MMC-nin adı kifayət qədər KİV-də hallandığından və müxtəlif qalmaqallarda çəkildiyindən dia.az olaraq həmin şirkətlə bağlı müəyyən araşdırmalar aparmaq qərarına gəldik və məlum oldu ki, sən demə, bu şirkət ümumiyyətlə, cənub regionundakı icra başçılarının "dostu" imiş... Yəni nədənsə cənub regionundakı rayonlarımızın tenderlərində bu şirkətə əlahiddəlik tanınır.
Məsələn, çox yox, təxminən bir ay əvvəl Astara rayon İcra Hakimiyyəti də bu şirkəti qalib elan edib. Qərara əsasən, "Birlik-3A" MMC Astara rayonu ərazisində yolların əsaslı təmirini həyata keçirmək üçün İcra Hakimiyyətindən 542 min 615 manat 1 qəpik vəsait alacaq.
Qeyd edək ki, "Birlik-3A" MMC 23.06.2011-ci il tarixində dövlət qeydiyyatına alınıb. Qanuni təmsilçisi Abıyev Zaur Niyaz oğlu olan MMC-nin hüquqi ünvanı Masallı rayonunun Gəyəçöl kəndində yerləşir. Nizamnamə kapitalı 50 manat olan MMC adı daha əvvəl mətbuatda taxta evlərin hazırlanması sahəsində ixtisaslaşmış şirkət olarak keçir. 2018-ci ildə mətbuatda yer alan məlumatlarda qeyd olunur ki, Masallı Sənaye Məhəlləsində yenicə fəaliyyətə başlayan “Birlik-3A" MMC tərəfindən taxta evlər istehsal olunacaq.
Keçirilən tenderlə bağlı maraqlı məqamlardan biri də odur ki, “Birlik-3A" MMC-nin qanuni təmsilçisi olan Abıyev Zaur Niyaz oğlunun qanuni təmsilçi olduğu başqa bir şirkət – “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkəti 11.10.2019-cu il tarixində Astara rayon İcra Hakimiyyətinin keçirdiyi tenderin qalibi olub. 259 min 189 manat 53 qəpik dəyərində olan bu tender də Astara rayonu ərazisində yolların əsaslı təmiri məqsədilə keçirilib. Bundan başqa hüquqi ünvanı Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57 olan “Elnur-2” Universal İstehsalat Kommersiya Şirkətinin 22.11.2019-cu il tarixində Astara rayon İcra Hakimiyyətindən 2 milyon 233 min manatlıq daha bir tender udduğu qeyd olunub. Tenderin şərtinə görə Abıyev Zaur Niyaz oğlunun rəhbərlik etdiyi “Elnur-2” şirkəti 36 mənzilli yaşayış binasının tikintisini həyata keçirəcək.
Abıyev Zaur Niyaz oğlu ilə bağlı daha bir maraqlı məlumat bu iş adamının adının ləğv edilən Milli Təhlükəsizlik Nazirliyinin (MTN) həbs edilmiş vəzifəli şəxslərinin əməllərindən zərərçəkmiş vətəndaşların siyahısında da yer almasıdır.
Zaur Abıyevin zərərçəkmiş şəxs kimi məhkəməyə verdiyi ifadə də mətbuatda yayımlanıb. Zaur Abıyevin verdiyi ifadədə bildirib ki, 2013-cü ilin dekabr ayının 19-da digər zərərçəkmiş Elton Cəfərli ilə birlikdə “Texnikabank”ın “Proqress” filialından 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıblar. Zaur Abıyevin sözlərinə görə, onları pul torbası ilə birlikdə MTN-ə aparıblar və bir müddət saxladıqdan sonra sərbəst buraxıblar. Zərərçəkmiş sərbəst buraxılarkən pulun üstündən 200 min manat məbləğin əskik olduğunu öyrənib. Vəkillərin sualları zamanı aydın olub ki, Zaur Abıyev saxlanılan gün sözügdən bankda onun adına nağd pul verilməyib və həmin hesabda olan vəsait tamamilə başqa insanın adında olub.
Bu epizod üzrə ifadə verən digər zərərçəkmiş Elton Cəfərli “Elnur-2” şirkətində memar işlədiyini və həmin gün, sadəcə olaraq, avtomobili idarə etdiyini bildirib. Puldan xəbəri olmadığını deyib.
“Elnur-2” şirkətinin mühasibi Xuraman Əliyeva isə ifadəsində deyib ki, həmin gün Zaur Abıyev banka gedərək, hesabda olan 620 min manat pulu təchizatçıların hesablarına köçürməli idi və nağd pulun bankdan çıxarılması ilə bağlı göstəriş olmayıb.
Tarix: 29-07-2020, 09:53
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)