Ağsuda nə olaylar keçir... - QALMAQAL

Ağsu rayonun 50-ci km-də yerləşən “Turan” kafesinin sahibi Nüşabə Cəfərova, rayon icra başçısı Vahid Tağıyevin göstərişi ilə obyektinin qərəzli şəkildə söküldüyünü bildirir. O, Hurriyyet.org-a obyektinin dəfələrlə yenidən standartlara uyğun təmir olunmasına baxmayaraq, xəbərsiz şəkildə söküntü işlərinin aparıldığını qeyd edib:
“Obyekt 1998-ci ildən mövcuddur. 2002-ci ildə biz almışıq. Standartlara uyğun olmadığına görə, sökülüb yenidən tikilməyini istədilər. 2005-ci ildə yenidən tikmişik. Obyekt yoldan 35 metr kənarda yerləşir. Məkan demək olar ki, hər sezona uyğun təmir olunur. Hazırda isə, bizə obyektin yenidən təmir olunmasını istəyirlər.Digər tərəfdən milli ornamentdə tikilmiş yerdir. Buna baxmayaraq, sökülməsini istəyirlər”.
Nüşabə Cəfərova, Ağsu rayon icra başçısı Vahid Tağıyevin söküntü işlərində Prezident Administrasiyasının məsul işçisi Zeynal Nağdəliyevin adından istifadə etdiyini deyib:
“Buranın sökülməsində Ağsu rayon icra başçısı Vahid Tağıyev, müavini Mirqubad Orucovun və Prezident Administrasiyasının məsul işçisi Zeynal Nağdəliyevin adından istifadə edərək söküldü. Söküntüyə gələnlər bu vəzifəli şəxslərdən göstəriş adlıqlarını bildirdilər. Ağsu aşırımının yenidən sökülüb tikiləcəyini və buranın turizm ərazisi olduğu bildirilərək obyektimiz söküldü. Bizim xəbərimiz olmadan obyektimizə daxil olunub və söküntü işləri aparılıb. Dəfələrlə Vahid Tağıyevə məktublar ünvanlasaq da cavabsız qalıb. Aidiyatı qurumlardan kömək edilməsini istəyirəm”.
Sahibkarın qardaşı Asif Cəfərov, məhkəmə qərarı olmadan söküntü işlərinin aparıldığını qeyd edib:
“Biz obyekt yeni və tam standartlara uyğun tikilmişdi. Hər dəfə ortalığa bir problem çıxarırdılar. Tək bizə deyil, digər obyekt sahiblərinə də eyni problem yaradılır. Hər dəfə də gələndə bunun başçının qərarı olduğunu deyirlər. Heç bir məhkəmə qərarı olmadan söküntü işləri aparılıb. Biz sonuna kimi mübarizəmizi davam etdirəcəyik. Avropa məhkməsinə kimi gedəcəyik. Bu münasibtdən sonra istər yerli, istərsə də xarici sahibkar Azərbaycanda iş görməyəcə cəhd belə etməz. Hazırda gördüyünüz kimi digər obyektlər tikilir. Niyə məhz bizim obyekt sökülür?”
Sözügeden məsələylə bağlı Ağsu Rayon icra başçısının müavini Miqubad Orucovla əlaqə saxladıq. Cənab müavin zəngimizə cavab vesə də, sadecə “salam” deyib telefon arxasından özünü eşitməməzliyə vurdu. Daha sonra isə, ümumiyyətlə zəng etmək mümkün olmadı. Hər halda bəlkə də deməyə sözü yoxuydu. Mirqubad Orucova xatırlatmaq istəyirik ki, tələb olunan informasiyanı adları çəkilən orqan və onların müavinləri, mətbuat xidmətinin işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. Digər tərəfdən Kütləvi informasiya vasitəsinin nümayəndəsi məlumatı verməkdən imtina edən dövlət orqanlarından, bələdiyyələrdən, idarə, müəssisə və təşkilatlardan, ictimai birliklərdən, siyasi partiyalardan və ya vəzifəli şəxslərdən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə şikayət etmək hüququna malikdir.
Növbəti işimiz Ağsu rayon İcra Hakimiyyətiylə əlaqə yaratmaq oldu. Mətbuat Xidmətinin nömrəsi verildi. Lakin, ordan da telefon əlaqəmizə cavab verən olmadı. Hər halda biz üzərimizə düşəni etdik. Dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq, Ağsu Rayon İcra Hakimiyyətindən məsul şəxs tapılmadı ki, suallarımıza cavab ala bilək…
Redaksiyadan: Mövzunu davam etdirəcəyik.
Tarix: 28-07-2020, 15:10
-
Bu gün, 12:05
Şuşa sakinləri evlərini kirayə verirlər – Bir günü 150 manata
-
Bu gün, 12:01
"Minlərlə insan vaxtını itirir, əsəbləri tarıma çəkilir..." - AXI NİYƏ?..
-
Bu gün, 11:57
Səfərbərlik Xidməti tender keçirmədən 627 min manatlıq geyim alır-qanunlar belə pozulur
-
Bu gün, 09:49
Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi
-
Bu gün, 09:43
Abdin Fərzəliyevin rəhbərlik etdiyi rayonda çoxmərtəbəli bina 3 mərtəbəlik sənədlə tikilir?
-
Bu gün, 09:40
“Abşeron City”də zirzəmi divarları gecə ilə söküldü - Sakinlər narahatdır
-
Bu gün, 09:38
"SOCAR" da faciə - Qaldırıcı qurğu aşdı, işçi öldü
-
Bu gün, 09:36
Tərtər, Ağdaş, Bərdə, Goranboy və Bakının Yasamal rayonunda işıq kəsiləcək
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?