Ölüm aclığı keçirən jurnalistdən Prezidentə açıq məktub: “Gədəbəyin İcra başçısı məni döydürüb”

Anews.az xəbər portalının bölgə müxbiri Zaur Qənbərov aclıq aksiyasına başlayıb.
"Buna səbəb peşə vəzifəsini yerinə yetirdiyi zaman Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gədəbəy şöbəsinin binasında həmin qurumun rəhbəri və onun sürücüsü tərəfindən döyülməsinə baxmayaraq hüquq mühafizə orqanları tərəfindən işə obyektiv baxılmaması və jurnalistə qarşı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə açılmış cinayət işinin məhkəməyə göndərilməsidir"- məsələ ilə bağlı anews.az saytının yaydığı bəyanatda deyilir.
Bəyanatda daha sonra yazılır: "Bu il mayın 4-də peşə fəaliyyətini həyata keçirərkən DSMF Gədəbəy rayon şöbəsinin müdiri Elsun Xudaverdiyev və onun sürücüsü İsfəndiyar Qələndərov jurnalistə hücum çəkib, onu təhqir edib, döyüb, bu hadisəni videoya çəkdiyini gördükdə isə telefonunu əlindən alaraq ayaq altına atıb, təpiklə zərbə vuraraq sındırıbdır. Buna baxmayaraq Gədəbəy rayon polis şöbəsində qarşı tərəfə yox, jurnalistimizə qarşı cinayət işi qaldırılıb və qərəzli şəkildə tamamlanaraq prokurorluğa göndərilib İstintaqa və prokurorluğa təqdim etdiyimiz heç bir sübut və etiraz qəbul edilmədən gənc təqsirli hesab edilib. İstintaqın qərəzli aparıldığına dair Daxili işlər nazirinə və Baş prokurora yazdığımız bütün şikayətlər araşdırılmaq üçün yerli qurumlara,yəni faktiki barələrində şikayət etdiyimiz adamların özlərinə qaytarılıb və bu qətiyyən anlaşılan deyil. İstintaq orqanları jurnalistimizin bədənində olan xəsarətləri, sındırılan telefonunu istintaq araşdırması zamanı ümumiyyətlə nəzərə almayıb. İstintaqın nəticəsi olaraq tərtib edilən istintaq aktında bildirilir ki, guya jurnalist özü idarədə dava salıb, bilərəkdən öz əlini yaralayıb və telefonunu sındırıb. Zənnimizcə bu kimi ittihamlar ümumiyyətlə məntiqə sığmır və heç bir fakta əsaslanmır. Buna şahidliyi isə jurnalisti bilavasitə döyən DSMF-nin Gədəbəy rayon şöbəsinin rəhbəri Elsun Xudaverdiyevin rəhbərliyi altında çalışan 11 işçisi təsdiq edib. Aydın məsələdir ki, heç bir işçi öz müdirinin sözünün əksinə getməyəcək . İstintaq həmin şəxslərin rəhbərliyin təzyiqi ilə şahidlik etməsi barədə vəsadətlərimizi təmin etmək üçün heç bir istintaq eksperimenti aparmayıb, üzləşmə zamanı üzə çıxan ziddiyyətli ifadələri araşdırmayıb və istintaq aktına əlavə etməyib. Əlimizdə şahidlik edən şəxslərin iştirakı ilə idarədə yol verilən korrupsiya faktları, saxta əlillik sənədləri düzəltmələri kimi faktlar, sənədlər istintaqa təqdim edilib. Bu faktlar həmin işçilərin rəhbərliklərindən bilavasitə asılı olmalarına sübut kimi dəyərləndirilməli olduğu halda istintaq onlara ümumiyyətlə önəm verməyib. Bundan əlavə jurnalistimizin döyülmə faktı DSMF Gədəbəy rayon şöbəsinin dəhlizində yerləşdirilən kamera qarşısında baş versə də kamera görüntülərini də istintaq işə əlavə etməyib. Yuxarıda deyilənləri nəzərə alaraq Zaur Qənbərov ölkə baçısı İlham Əliyevə müraciət edib və aclıq aksiyasına başlayıb. "Mənim yeganə günahım Sİzin çağırışınıza uyğun olaraq rayonda baş verən neqativ hallar barədə məqalələr yazmağım və həmin məqalənin aid olduğu qurumların rəhbərlərindən, o cümlədən Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mustafayevdən bu yazıları silmək müqabilində" hörmət"qəbul etməməyimdir. Mənim əlimdə günahsızlığımı sübut edən çox saylı əsaslandırılmış sübutlar var. Mən öz qanunsuz mühakiməm ilə barışa bilmərəm və bu qanunsuzluğa etiraz olaraq ölüm aclığına başlayıram. Sizin bu hadisəni öz nəzarətinizə götürəcəyiniz günədək aclığı davam etdirəcəm”, - deyə jurnalist prezident İlham Əliyevə ünvanladığı müraciətində bildirib. Son olaraq Hüquq mühafizə orqanlarının apardığı istintaq əməliyatları və gəldikləri nəticəni pisləyir, işi təkrar istintaqa yönəltməyi , yalançı şahidlik edənləri cəzalandırmağı tələb edirik. Ölkəmizin hazırda üzləşdiyi son ağır zamanlarda istintaq orqanlarının gələcəkdə Avropa məhkəməsində baxılacaq və ölkəmizə utanc gətirəcək yeni presidentə imkan açmaları dövlətçiliyimizə xəyanət kimi dəyərləndirilməli və günahkarlar cəzalandırılılmalıdır. Ölüm aksiyasına başlamağa məcbur edilmiş jurnalistimizin həyatı faciə ilə bitərsə buna görə, saxta istintaq aparan hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının məsul şəxsləri məsuliyyət daşımalıdırlar".
Tarix: 26-07-2020, 16:48
-
Bu gün, 09:34
“Dron ovçuları” Lenin Mavzoleyində: - avtomatlılar binanın damına yerləşdirilib
-
Bu gün, 09:19
Hər hekayənin görünməyən tərəfi var... - Günel Musa yazır...
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)