"İcra hakimiyyətindən gəlmişdilər... baxdılar, ölçdülər..." - ŞİKAYƏT

Ucarın Tofiq İsmayılov küçəsində bir məhəllə var. Ucarlılar buranı “fin evləri” kimi tanıyırlar. Sakinləri deyirlər ki, evlər əhaliyə Sovet dönəmində verilib. Həmin vaxt rayonda təbii fəlakət olub, sel gəlib. DİA.AZ-ın məlumatına görə, buna görə tələsik tikilib və əhali bu evlərə köçürülüb. Sonradan kimin imkanı varsa, evi söküb yenidən tikib. Yaxud başqa yerdən ev alıb, köçüb gedib. İmkanı olmayan da bu günədək həmin iç-içə, qaranlıq, uçulub tökülmüş evlərdə yaşayır.
Hüseynova bacılarına ev valideynlərindən qalıb. Ailə qurmayan bacılar, bu evdə bərabər yaşayıblar. Deyirlər ki, zamanla ev onlara problemlər yaratmağa başlayıb. 1961-ci ildə tikilmiş ev artıq istismar müddətini başa vurub. İki nəfərin aldığı aylıq pensiya isə evi təmir etməyə yetmir.
“Evimiz çox pis durumdadır. Hamamımız, ayaqyolumuz belə yoxdur. Baxın, tək bizim evimiz deyil, qalan evlərin hamısı uçub-tökülür. Hamısı eyni boyda, standart. Hamısı da köhnəlmiş, pis günə qalmış evlərdir. İmkanı olan sonradan ev tikdirdi, ev aldı köçdü. Bizim kimilər də bu günə qədər qalıb burada”.
Bacıların aylıq gəlirləri birgə 400 manata yaxındır. Kifayət Hüseynova deyir ki, bu pulla da 2 nəfər yaşlı adam iynə, dərman, ərzaq və kommunal xərclərini güc-bəla təmin edir: “O qədər güclə çatır ki, qışda qaz yandıra bilmirik. Yazır deyə, çör-çöp, odun, ağac qırıntıları yandırmaqla keçinirik. Biz bu qədər çətinliklə dolanan adamlarıq. Evi təmir etməyə gücümüz çatmaz. Nə olar, dövlət bu iki tək qadına yardım etsə, dünya dağılmaz ki”.
Bacılar aidiyyatı qurumlara müraciət etdiklərini deyirlər. Ancaq bu günədək hər hansı bir kömək görməyiblər: “İcra hakimiyyətindən gəlmişdilər. Baxdılar, ölçdülər. Təsdiqləyiblər ki, hətta bu ev qəzalıdır, yaşamağa yararsızdır. Ancaq bir tədbir görən olmadı. İllərdi bu qəzalı evdə yaşayırıq. Hər yeri dəlik-deşikdir. Yayda sürünən, siçovul, kərtənkələ evin içindədir. Qışda da damı su keçirir. Hər yerə vedrə düzməkdən bezmişik”.
Bacılar evin həm qəzalı, həm də şəraitsiz olmasından gileylənirlər. Deyirlər, otaqlar da iç-içədir, qaranlıqdır, dardır. Hər yeri də tökülüb dağılır: “Yağış yağanda ayaqlarımız suyun içində olur. Yaşlı adamlarıq. Dizlərimizi sarıyırıq ki, ağrımasın. Belim də xəstədir. Yıxılmışam. Ondan sonra özümə gələ bilməmişəm. İllərdir yalvarırıq. Bizə kömək edən yoxdur”, – Kifayət Hüseynova əlavə edir.
Kifayət Hüseynova bazarlardakı bahalıqdan da narazıdır. Deyir, az qala hər gün qiymətlərdə artım olur. Ancaq aylıq gəlirləri artmır: “Gəliri artmayan biri üçün ərzaq bahalaşmasının nə demək olduğunu heç deməyim. Çətindir, yaşaya bilmirik. Bu, var olmaqdır, mövcud olmaqdır, amma inanın, yaşamaq deyil. Pensiya heç nəyə çatmır. Ərzağı qənaətlə işlətməkdən gözümüz də yeməkdə qalır. Məsələn, hər şey bir yana, belim əməliyyat olmalıdır, ancaq adını belə tuta bimirəm”.
Bacılar bir dəfə ünvanlı sosial yardım üçün müraciət də ediblər. “Əgər uşağınız yoxdursa, sizə düşmür”, – cavabını alıblar: “Bu, uşaqpulu deyil axı, yardımdır. Uşağımız yoxdur deyə, ölməliyik? İndi bizimki də belə gətirib də. Bəxtimiz gətirməyib. Döşəməyə baxın, gəzəndə ayağının altından qaçır. Tavan üstünə gəlir. Altı boşalıb təmiz. Üstü pis gündədir. Bir gün zirzəmiyə düşəcəyik. Yazılan məktublardan isə heç danışmayıb. Bezmişəm məktub yazmaqdan da, göndərməkdən də. Nolar, bir insafa gələlər, bizə də bir yerdən yaşıl işıq yandıralar”.
Ucar Rayon İcra Hakimiyyətinin Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsindən bildiriblər ki, qəzalı evlərin təmiri üçün onların büdcəsi yoxdur: “Ümumiyyətlə, bilin ki, dövlətin bu istiqamətdə ayırdığı bir büdcəsi yoxdur. Təbii fəlakət, yanğın və s. kimi ciddi hadisələrdə kömək edilir. Ancaq qəzalı vəziyyətə düşən evlə bağlı hər hansı büdcəmiz yoxdur, kömək edə bilmirik”.
Kifayət Hüseynovaya gələn cavabda isə deyilir ki, icra hakimiyyəti ancaq yanan evlərə kömək edir.
“Bu ev başımıza da uçsa, heç nə edən deyillər. Mən belə başa düşdüm”, – Kifayət Hüseynova sonda bildirir.




Tarix: 17-06-2020, 09:13
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək