Astaranın icra başçısı üçün sakinlər maraq kəsb etmir... - GİLEY
Astara rayonunun Səlivə kəndinə gedən yol uzun illərdir ki, təmir olunmur. DİA.AZ xəbər verir ki, bu yolun qismətində içtimai nəqliyyat da yoxdur. Kəndə çətinliklə gəlib çatırıq. Səlivə kəndinə gəlişmizdə məqsəd, yerli sakinlərdən Şahin Həkimovun ailəsinin müraciəti əsasında onların yaşayışı ilə tanış olmaq idi.
Həkimovlar ailəsi qəza vəziyyətində olan evdə yaşayırlar. Divarları gildən olan ev mişar daşından hörülmüş dayaqlar üstə qalır. Torpaq sürüşməsi nəticəsində dayaqlar əyilib, ev dağılmaq üzrədir.
“Torpaq sürüşür, ev qarşıq. Astara Rayon İcra hakimiyyəti başçısının birinci müavinin qəbulunda 3 dəfə olmuşam. Sürüşmə keçən ilin aprelində baş verib. Deyirlər səbrli olun. Fövqəladə Hallar Nazirliyinə bildirilib. Ancaq nəticə yoxdur ”, deyə Ş.Həkimov söyləyir.
Ailənin böyük oğlunun 11 yaşı var, kiçiyi isə 6 aylıqdır. Uşaqlarının solğun bənzlərinə, xəstəhal görüntülərinə baxan ata onları da yaxşı qidalandıra bilmədiyini deyir.
“Heç yerdə işləmirəm, iş yoxdur. İşlə bağlı müraciət etmişəm. 35 yaşım var, 7 uşaq atasıyam. Qaradağa daş karxanasına fəhləliyə gedirdim. Baxmayaraq ki, belimdə yırtıq əmələ gəlib. İndi karantinlə ( Koronovirus pandemiyası ilə bağlı Azərbaycanda martın 24-dən karantin rejimidir-red) bağlı orada da iş dayanıb. Balalarımı dolandırırdım. İndi o da yoxdur. Nə sosial yardım var, nə də xəstə uşağıma pensiya verirlər. Gəlir yoxdur. Bir neçə gün əvvəl də icra hakmiyyətinə getmişdim, vəziyyətimi danışdım, sürüşmə nəticəsində evimin yararsız hala düşdüyünü dedim. Dedilər get, düzələr. Dedim bu müddətdə balalarım acından ölər, ev dağılar. Ölkə başçısına video ilə müraciət etmişəm.Hələ ki,heç bir tərpəniş yoxdur. Evin qəzalı vəziyyətdə olması bir yana, indi aclıqla üz-üzəyik.”
O, daha sonra da bunları əlavə edib: “Pay torpağının aktı atamın adınadır. Mənə 7 sot torpaq düşür. Mən o 7 sot torpaqla bu qədər ailəni necə saxlayım? Ünvanlı sosial yardım istədim, cavab gəldi ki, torpağın var, sənə olmaz. Torpaq həm də uzaqda yerləşir,1 saatlıq yoldur. Dağ yerində torpaq necə olar? Əkinə yararsızdır”
Şahin Həkimov yenə evlə bağlı narahatlığını dilə gətirir.
“Ev dağılsa hamımız onun altında qalacağıq. İcra hakmiyyətindən nümayəndə gəlmişdi. Dedi ki,standartlara uyğun ev tikməmisən. Su buranı yuyub aparıb. Dedim kasıb bir adamam, bu evi güclə tikmişəm. Bu iki mərtəbəli ev deyil. Sürüşmə olmasaydı belə yararsız hala düşməzdi. Pulum yoxdur yenidən ev tikim. Son beşiklər əkizlərdir. Əkizlər üçün həkim yemək yazıb.Yeməyi 29 manata alırdım. Hazırda ala bilmirəm. Həkim deyir ki, əkizlərin qidalanması zəif oluğuna görə, inkişafları da yoxdur. Koronavirusa görə bu vəziyyətə düşmüşəm. Biz gündəlik çörək pulu qazanan adamlarıq. O gün işləməsək ailə ac qalar.”
Ata imkansızlıqdan uşaqlarının bir ildən çoxdur ki, məktəbə getmədiyini də dilə gətirir.
“Uşaqlar məktəbə getmirlər( Azərbaycanda koronovirus pandemiyası ilə bağlı martın 3-dən dərslər də dayanıb-red). İqtisadi vəziyyətim yaxşı deyil, paltarları yoxdur. Televizorun nə olduğunu bilmirlər. Ölkədə baş verənlərdən xəbərləri yoxdur. 190 manat almaq üçün ( Koronavirus pandemiyası dövründə işsizlərə birdafəlik verilən yardım-red) müraciət etmişəm. Amma ona da cavab hələ gəlməyib. Hansı ölkənin vətəndaşı olduğumu yadımdan çıxartmışam.”
Uşaqlar da utana-utana uzun müddətdir problemlər üzündən məktəbə gedə bilmədiklərini söyləyirlər. 10 yaşlı Turan ən böyük arzusunun məktəbə getmək olduğunu deyir.
“Paltarım yoxdur deyə gedə bilmirəm. Gündə bir dəfə yemək yeyirk. Süfrəmizdə ət olmur. Atam işə gedirdi, un alırdı…indi unumuz da qurtarıb.”
Şahin Həkimovun qardaşı Mikayıl Həkimovun sözlərinə görə, qardaşının ailəsinə bacardıqları qədər yardım etməyə çalışırlar.
“Çörəyini biz veririk. Bizim də imkanımız elə də çox deyil. Özüm limon, mandalin satıb yaşayıram. Daş karxanası qardaşımı məhv etdi.”
Səlivə kəndində təbii qaz yoxdur. Kəndə elektirik sarıdan da problemlər olduğu söylənir. Deylənə görə, kimin imkanı varsa qonşu kəndən özünə elektirik xətti çəkib. Qonşu kəndlə məsafə isə bir kilometrdən çoxdur.
Şahin Həkimov əlavə edir ki, elektirk xətti qardaşının evindən gəlir.



Tarix: 4-05-2020, 10:15
-
Dünən, 22:27
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
-
Dünən, 17:23
Ömər Balacayev hansı pullar hesabına bu təmtərağı yaşayır?.. - İşçilər soruşur...
-
Dünən, 17:05
Bakı bu ölkə ilə tarixi sənəd imzalayacaq – Müttəfiqlik yeni mərhələyə keçir!
-
Dünən, 11:30
Emin Əmrullayevlə Elnur Əliyevin yolları ayrılır? - Təhsil sistemində yeni gərginlik
-
Dünən, 10:48
Taxıl, ət, qarğıdalı bahalaşır - Dünya ərzaq böhranına gedir
-
Dünən, 10:43
Nizami rayonunda yaşıllıq ərazisi məhv edildi - Ağacları kim və hansı əsasla kəsir?
-
Dünən, 10:40
Erməni deputat: “Azərbaycan mənim düşmənimdir”
-
Dünən, 10:36
Salyanda dövlətə qarşı təxribat? General Ceyhun Həsənovun adı “Aqro Park” qalmaqalında — Təsərrüfatların suyu kəsildi - VİDEO
-
22-08-2026, 09:02
“Biabırçılıqdır, fırıldaqçılıq edirlər”
-
22-08-2026, 08:01
Səfirin mətbuat konfransında protokol pozuntusu…
-
21-08-2026, 23:07
Bakıda 4 milyon manatlıq qızıl qaçaqmalçılığı: Dəstə necə ifşa olunub? (VİDEO)
-
21-08-2026, 23:03
Hazırda Körfəzdəki tankerlərdə 41 milyon barel neft var
-
21-08-2026, 22:54
Xəstəxanada izdiham: "Dörd gündür həkim qəbuluna düşə bilmirəm" - VİDEO
-
21-08-2026, 22:48
Novxanıda “yol əhvalatı”: Şəxsi rahatlıq naminə ictimai əmlak bərbad hala salınıb
-
21-08-2026, 22:44
ADY-dən şikayət: Qatarlar ünvana 2 saat gec çatır - BU NƏDİ BELƏ?
-
21-08-2026, 22:40
İmtahanla çıxara bilmədikləri işçiyə ZORLA ƏRİZƏ YAZDIRIRLAR - ÖZBAŞINA QALIBLAR...
-
21-08-2026, 18:30
Səfərbərlik Xidməti 748 minlik nəqliyyat vasitəsi alır
-
21-08-2026, 18:28
Nazirin sinif yoldaşı olmaq Valeh Mirzaliyevə nələr qazandırır? - İLGİNC FAKTLAR
-
21-08-2026, 18:25
QHT-lərə Dövlət Dəstəyi Agentliyi “yalan vədlər” fabriki kimi... -...dövlət büdcəsi havaya sovrulur
-
21-08-2026, 18:23
Büdcə belə talanır - Nazirin qaynının biznes sxemi VİDEO
-
21-08-2026, 12:12
İcra başçısı ondan 200 min manat rüşvət alaraq vəzifə verib?: İDDİA - SƏS YAZISI
-
21-08-2026, 11:42
Elm və Təhsil Nazirliyi 10 milyonu haraya xərcləyəcək?
-
21-08-2026, 11:41
Azərbaycanda turizm inkişaf edə bilməz, çünki… – İqtisadçı
-
21-08-2026, 11:35
1 məmurun pensiyası üçün ən az 10 nəfərin əməyi lazımdır - Hüquqşünasdan SENSASİON AÇIQLAMA
-
21-08-2026, 11:16
Qaraçuxurda "dərəbəylik": "Günəş" MTK sakinlərin etirazına məhəl qoymayaraq küçəni hasarladı – FOTOFAKT
-
21-08-2026, 10:41
Tibbimiz Ucarda HOQQA VERİR... - TƏBİB şefinin nəzərinə...
-
21-08-2026, 10:33
Vəkil hakimi susdurmaq üçün 40000 manat lazım olduğunu dedi və... - DƏLƏDUZLUQ!
-
21-08-2026, 10:30
Rasim Həsənov azadlığa necə çıxıb? - Protest veriləcək
-
21-08-2026, 10:20
KAMRAN ƏSƏDOV FENOMENİ-Ekspert Rəyi
-
21-08-2026, 10:09
Agentlik 20 qəpiyə görə "Buta" apteklər şəbəkəsini 4 min manat cərimələdi