Boris Consondan Trampın qərarına sərt reaksiya: “Kiyevi günahlandırmaq gülüncdür”

Boris Consondan Trampın qərarına sərt reaksiya: “Kiyevi günahlandırmaq gülüncdür”

Böyük Britaniyanın sabiq Baş naziri Boris Conson ABŞ Prezidenti Donald Trampın Rusiya dizel yanacağı ilə bağlı tətbiq olunan sanksiyaları aradan qaldırmaq qərarını sərt şəkildə tənqid edib.

Paralel.az xəbər verir ki, Conson bu addımı “dəhşətli qərar” kimi qiymətləndirib. Onun sözlərinə görə, Vaşinqtonun bu addımı birbaşa Moskvanın müharibəni maliyyələşdirmə imkanlarını daha da artıracaq.

Sabiq baş nazir yanacaq qiymətlərindəki artıma görə Ukraynanı günahlandırmağın “gülünc” olduğunu bildirib. O, qiymətlərin yüksəlməsinin Kiyevin hərbi zərbələri ilə bağlı olmadığını, əsas səbəbin Hörmüz boğazının bağlanması olduğunu vurğulayıb.

Conson hesab edir ki, Vaşinqton və Moskva arasındakı bu razılaşma qlobal iqtisadiyyatda gözlənilən müsbət dəyişikliklərə səbəb olmayacaq. O, qeyd edib ki, Rusiya enerji resurslarının dünya bazarına tam şəkildə qayıtması yalnız Ukraynada sülh bərqərar olduqdan sonra mümkün ola bilər.

Tarix: 11-10-2026, 17:17
Xəbəri paylaş



Xəbər lenti