Ukrayna bir gecədə 4 OZON anbarını məhv etdi

Ötən gecə Ukrayna Rusiya ərazisində OZON marketpleysinə məxsus 4 böyük anbar-logistika kompleksinə zərbə endirib.

Tribuna.az şirkətin mətbuat xidmətinin məlumatına istinadən xəbər verir ki, OZON-un Krasnodardakı logistika mərkəzinə dron hücumu nəticəsində böyük yanğın baş verib və işçilər təxliyə edilib; “Bu gün, 24 avqustda Krasnodardakı logistika mərkəzinə dron hücumu edilib. Bütün sistemlər normal işləyib və biz işçiləri tez bir zamanda təxliyə etdik. Ölənlər barədə ilkin məlumat yoxdur. Böyük yanğın baş verib və təcili yardım xidmətləri hadisə yerində işləyir. Anbar əməliyyatları dayandırılıb”.

Eyni zamanda vilayat qubernatoru Vladimir Vladimirov ötən Stavropol diyarındakı Nevinnomyssk sənaye zonasına dron hücumu edildiyini, anbarlarda yanğın olduğuna dair məlumat yayıb. Daha sonra zərbə hədəfinin OZON anbarı olduğu aydınlaşıb.

Ukrayna həmçinin Adıgeyin Enem kəndi yaxınlığında təxminən 91.200 kvadrat metr ərazini əhatə edən və Ukrayna sərhədindən təxminən 390 kilometr məsafədə yerləşən OZON logistika mərkəzinə də zərbə endirib. Ora şirkətin regiondakı əsas logistika mərkəzlərindən biridir.
Nəhayət, Ukrayna Dağıstanın Kumtorkalinski rayonundakı OZON anbarına da uğurlu zərbə endirib, orada da güclü yanğın başlayıb.

Qeyd edək ki, Ukrayna Wildberries anbarlarını vurmağa başladıqdan sonra OZON öz anbarlarının yerləşmə yerlərinə dair məlumatı İnternet səhifəsindən silmişdi.

Tarix: Bu gün, 09:49
Xəbəri paylaş



Xəbər lenti