KİV: ABŞ-nin quru əməliyyatı ehtimalına qarşı İranda 1 milyondan çox döyüşçü səfərbər edilib-VİDEO

KİV: ABŞ-nin quru əməliyyatı ehtimalına qarşı İranda 1 milyondan çox döyüşçü səfərbər edilib

ABŞ-nin mümkün quru əməliyyatlarına hazırlıq üçün bir milyondan çox iranlı döyüşçü səfərbər edilib.

AXS.AZ  xəbər verir ki, məlumatlı hərbi mənbə "Tasnim" agentliyinə deyib ki, ABŞ-ın İranın cənub cəbhəsində quru əməliyyatlar həyata keçirə biləcəyi ehtimalları artdıqca, iranlı quru qüvvələri arasında amerikalılar üçün İran torpağında “tarixi cəhənnəm” yaratmaq əzmi güclənib.


Mənbənin sözlərinə görə, bir milyondan çox döyüşçünün quru əməliyyatları üçün təşkil olunması ilə yanaşı, son günlər İran gənclərindən Bəsic, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və orduya müraciətlərin kəskin artdığı müşahidə olunur. Gənclər də bu döyüşdə iştirak etmək istədiklərini bildirirlər.


Hərbi mənbə əlavə edib: “ABŞ Hörmüz boğazını intihar və özünü məhv edən taktikası ilə açmaq istəyir – buyursun. Biz həm onların bu ‘intihar strategiyası’nın həyata keçirilməsinə, həm də boğazın bağlı qalmasına hazırıq”.

İqtisadiyyat.az

Tarix: 27-03-2026, 10:35
Xəbəri paylaş



Xəbər lenti