İsrail bu FOTONU paylaşıb elan etdi: Növbədə odur, tezliklə öldürəcəyik


Yüksək vəzifəli İsrail rəsmiləri İranın yeni seçilmiş lideri Müctəba Xameneini sui-qəsdlə hədələyiblər.

İsrail Parlamentinin sədri Əmir Ohana “X” hesabında son əməliyyatlarda öldürülən İran və HƏMAS liderlərinin fotolarını paylaşıb.

O, siyahıya Müctəba Xameneinin şəklini də əlavə edərək bu sözləri yazıb: “Onların yolunu tutanlar onların yolu ilə gedəcəklər”.

İsrailin energetika naziri Eli Kohen isə açıqlamasında “Müctəba Xamenei yeriyən ölüdür”, deyə qeyd edib. O, İranı bu sözlərlə hədələyib: “Gözləyib görəcəksiniz”.

Xarici işlər naziri Gideon Saar da yeni seçilmiş İran liderini hədəfə alacaqlarını açıqlayıb.

Tehranda “sərt xətt tərəfdarlarının cilovu əlində saxladığını” iddia edən Saar, hücumları həyata keçirdikləri hazırkı İran rejimi ilə danışıqlar masasına oturmayacaqlarını qeyd edib. Publika.az  

Tarix: 10-03-2026, 15:06
Xəbəri paylaş



Xəbər lenti