"ABB nə düşünür bilmirəm..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında
Qurban Əliyev adlı istifadəçi yazaraq gileylənir. Narazı vətəndaş ölkənin BAŞ QUMARBAZI titulunu qazanmış və dövlət çətiri altında barınan "Azərlotoreya"da pul qoyuluşu zamanı belə Beynəlxalq Bankın faiz tutmasından şikayətçidir.

"Özüm üçün əyləncəsinə hər həftə etdiyim şeyi edirdim, uğursuz olmağı bir yana 5 manat kommisiya nədi... tuturlar... Qanunsuz mərc saytı da deyil. Üstəlik operator üzümə durub ki, köçüb. Məsələ orda xərclənən pul deyil. Kommisiya vergi məsələsidi.
Gizlincə əlavə olunur... xəbərdarlıq etmədən...
Sonra olanda deyirlər ki, biz nizamnamədi-nədi ona əlavə etmişdik..."
Tarix: 15-10-2026, 09:35