
Tanınmış aktyor Ramin Hacıyev Azərbaycan Dəmir Yollarının (ADY) xidmətindən narazılığını ifadə edib.
Aktyor bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ramin Hacıyev qatarlarda internet probleminin olduğunu bildirib.
O, ADY-yə müraciət edərək vaqonlarda nə mobil internetin, nə də sərnişinlərin öz internetindən istifadə imkanının olduğunu qeyd edib.
“Bir şey fikirləşin. Yoxsa elə bunu fikirləşə bilibsiz? Yekə adamsız, çöldə 21-ci əsrdir”, – deyə aktyor yazıb.
Onun paylaşımı sosial şəbəkədə müzakirələrə səbəb olub. Müzakirəyə qoşulanlar da ADY-nin xidmətlərindən, vaqonlarda internetin olmamasından şikayətləniblər./Gununsesi.info
