
Xətai rayonu, Xudu məmmədov küçəsində yerləşən obyektlərin birinin qarşısının artırılması ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.
Görüntülərdə iddia olunur ki, ərazidəki park dağıdılıb, ağaclar kəsilib, yaşıllıq məhv edilib ki, restoranın qarşısı artırılsın. Biz əraziyə çatanda fəhlələr iş aparırdı, amma bizi görən kimi qəfildən yoxa çıxdılar. Qarşısının artırılması həyata keçiriıən obyektdən isə bildirildi ki, müdriyyət rayondadır, heç bir açıqlama verə bilməyəcəklər.
Ətrafda yaşayan sakinlər yayılan xəbərin əskinə olaraq, ərazidə ağacın olmadığını, yəni heç bir ağacın kəsilmədiyini dedilər.
Bir neçə müddətdir bu ərazidə işləyən şəxs isə bildirdi ki, obyektin qarşısında parkın sökülməsi iddiası da yanlışdır.
Bildirildi ki, təmir işləri həm gecə, həm də gündüz saatlaırnda aparılır.
Məsələ ilə əlaqədar Xətai rayon İcra hakimiyyətinə müraciət etdik.
Qurumdan "Xəzər Xəbər"ə bildirildi ki, ərazidə heç bir ağac kəsilməyib. Bundan sonra da hər hansı ağacın kəsilməsindən söhbət gedə bilməz. Həmin yerdə abadlıq işləri həyata keçirilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.