
İnzibati Xətalar Məcəlləsinə əsasən, nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan avtomobil idarə edən şəxslər üçün nəzərdə tutulan cərimənin məbləği 200 manatdır. Bundan başqa, həmin pozuntunun inzibati tənbeh tətbiq edildikdən sonra bir il ərzində təkrar törədilməsi və ya nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən avtomobil idarə edilməsi halında cərimə 400 manat həddində müəyyənləşib.