
Son günlər Dəmir Yolu Vağzalında bilet əldə etmək istəyən vətəndaşlar ciddi problemlə üzləşdiklərini bildirirlər.
Tribuna.az xəbər verir ki, sərnişinlərin iddiasına görə, kassaların qarşısında uzun növbələr yaranır və insanlar saatlarla gözləmələrinə baxmayaraq, əksər hallarda bilet ala bilmədən geri qayıdırlar.
Vətəndaşlar hesab edirlər ki, yaranmış vəziyyət xüsusilə yay mövsümündə səyahət planlaşdıran şəxslər üçün ciddi çətinlik yaradır.
Onların sözlərinə görə, problemin səbəbi və aradan qaldırılması ilə bağlı indiyədək aidiyyəti qurum tərəfindən ətraflı rəsmi açıqlama verilməyib.
Qeyd edək ki, son günlər bilet satışı sistemində texniki ləngimələrin olduğu ilə bağlı da müxtəlif məlumatlar yayılıb.
Lakin sərnişinlər problemin tam həll olunmadığını və vağzallarda sıxlığın davam etdiyini bildirirlər.
Tribuna.az məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları” QSC-nin mövqeyini öyrənməyə çalışır. Rəsmi açıqlama təqdim olunacağı təqdirdə xəbər yenilənəcək.
Emin Əmrullayev səni deyirlər: Bir müəllifin özbaşına tarixi gerçəkliyi öz istədiyi kimi təqdim etməsi nəticəsində test tapşırığı da səhv tərtib edilib..
Prezidentin Fərmanını POZAN, SAYMAYAN sahibkar Elman Mirzəyevin arxasında kimlər durur? - Kənd təsərrüfatı təyinatlı torpaqda fəaliyyət göstərən YDM ətrafında suallar VİDEO