Azərbaycanın məşhur gənc alimi ölkədən qaçdı – 4 MİLYONLUQ DƏLƏDUZLUQ

Azərbaycanın ən perspektivli gənc alimlərindən biri hesab olunan Sənan Eminov böyük dələduzluqda ittiham olunur.
"BakuPost" xəbər verir ki, onun əməlləri, insanlara külli miqdarda ziyan vurması ilə bağlı Birinci vitse-Prezident Mehriban Əliyevaya və hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət olunub.
Sənan Eminovun adı elmi ictimaiyyətə 2005-ci ildən tanışdı. O, “Kimya” beynəlxalq fənn olimpiadaları tarixində ilk dəfə olaraq Tayvanda keçirilən Beynəlxalq Kimya Olimpiadasında imtahanın nəzəriyyə bölməsində ən yüksək balı (229 mütləq baldan 228 bal) topladığı üçün mütləq birinciliyə layiq görülüb və xüsusi mükafatla təltif olunub.
Bundan əvvəl isə "Kimya" fənni üzrə respublika fənn olimpiadalarında 3 qızıl medal qazanıb. 2003-cü ildə Yunanıstanda keçirilən 35-ci Beynəlxalq Kimya Olimpiadasında bürünc, 2004-cü ildə Almaniyada keçirilən 36-cı Beynəlxalq Kimya Olimpiadasında qızıl medala sahib olub.
2010-2011-ci illərdə SOCAR-ın təqaüd proqramı ilə Böyük Britaniyanın London İmperial Kollecində magistratura, daha sonra Prezident İlham Əliyevin sərəncamı ilə təsdiq edilmiş dövlət proqramı xətti ilə 2011-2015-ci illərdə London İmperial Kollecində doktorantura pilləsində oxuyub. Doktorantura pilləsini uğurla başa vuraraq Bərpaolunan enerji və ətraf mühit mühəndisliyi üzrə doktorluq dissertasiyasını müdafiə edib və alimlik (PhD) dərəcəsinə yüksəlib.
Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımovun dəvəti ilə Ali Məktəbin Kimya mühəndisliyi kafedrasında baş müəllim vəzifəsinə təyinat alan Sənan Eminov həmçinin, həmin mərkəzə rəhbər təyin olunub.
Bu boyda uğur qazanmasına, dövlətin xüsusi diqqətinə layiq görülməsinə, yüksək əmək haqqı almasına baxmayaraq, o, ətrafındakı gənc insanlara, xüsusən də tanıdığı, dostluq etdiyi şəxslərə və onların yaxınlarına qarşı saysız-hesabsız dələduzluqlar edib. Onları aldadaraq böyük məbləğlərdə pullarını alıb və ABŞ-a qaçıb.
Zərərçəkmişlərdən biri - Zahid Mirzəyev "BakuPost"a bildirib ki, gənc alimin qurbanlarının sayı çoxdur:
"Sənan Eminovla 2010-2013-cü illərdə Londonda bir yerdə magistr təhsili almışıq, bir evdə qalmışıq. Sənan Londonda olduğu dövrdə, SOCAR-da müəyyən kimyəvi maddələrin satışı ilə məşğul olduğunu bildirdi. O, həmin dövrlərdə mənə bu işə investisiya qoymağı və aylıq müəyyən faiz qazanmağı təklif etdi. Sənanın SOCAR-la yaxın əməkdaşlığı məni buna inandırdı. 2014-cü ildə Azərbaycana döndükdən sonra SOCAR-ın nəzdində olan Ali Neft Məktəbində müəllim vəzifəsinə, sonra isə Alternativ Enerji Araşdırma Departamentində rəhbər vəzifəyə gətirilməsi onun dediklərinə inamımı bir qədər də artırdı. Beləliklə mən 2018-ci ildə onun həmin məsələ ilə bağlı təklifini yenidən dəyərləndirdim. Qohumum Faiq Əliyev və onun qardaşı Mikayıl Əliyevə də bu işlə bağlı danışdım. Onlar da Sənanla danışdılar. Faiq Sənana 30, Mikayıl isə 26 min manat verdi.
Mən isə ailəmlə birgə yaşadığım evi satıb ona 200 min manat verdim, özüm isə kirayəyə çıxdım. Aramızdakı razılaşmaya görə həmin pulu faizi ilə birlikdə 6 ay sonra qaytaracaqdı.
Lakin dediyinə əməl etmədi, bir il gözləyəndən sonra onun atası Zabil Eminovla, ailə üzvləriylə, Bakıda olan dostları və qohumları ilə görüşdüm. Onda anladım ki, məsələ tamam başqa cürdür. Sənan başqa-başqa şəxslərdən eyni iş adı ilə yüksək məbləğdə pul alıb”.
Şikayətçinin dediyinə görə, şəxsi araşdırmaları və zərərçəkənlərlə görüşündən sonra məlum olub ki, Sənan təxminən 4 milyon manat mənimsəyib.
İndi Sənan Eminov ailəsilə birlikdə Mayamidə yaşayır. Onun aldatdığı adamlar isə kirayədə.
Məsələ ilə bağlı Bakı Ali Neft Məktəbindən "BakuPost"a bildirilib ki, Elmi Şuranın üzvü olan Sənan Eminov öz ərizəsilə işdən uzaqlaşdırılıb.
Davamı var...
Tarix: 27-04-2020, 15:51
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək