Toy və yas mərasimlərinə nə zaman icazə veriləcək?

Xəbər verdiyimiz kimi bu gündən başlayaraq bəzi müəssisələrin fəaliyyətinə icazə verilib. Karantin rejimin növbəti yumşaldılmasında toy və yas mərasimlərinə icazə veriləcəki?
Bununla bağlı Sonxeber.az-a danışan deputat Kamilə Əliyeva bildirib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah bu gündən yumşalma rejiminə keçib: "Bilirsiniz ki, Azərbaycanda koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam edir. Gün ərzində sağalanların sayı yoluxanlardan çox olur. Hazırda xəstəxanda 500-dən az koronavirus xəstəmiz qalır. Ölüm faktı isə demək olar ki, olmur. Əlbəttə, bütün bu müsbət nəticə cənab prezidentin zamanında verdiyi tapşırıqların və göstərişlərin sayəsindədir. Məhz əldə edilən müsbət nəticəyə görə Operativ Qərargah karantin rejimini yumşaldaraq bəzi iş yerlərinin açılmasına icazə verdi. Əlbəttə, bu o demək deyil ki, insanlar bundan sevincək olaraq qoyulan qayda və tələbləri pozsunlar. İkinci dalğa gələrək koronavirusa yoluxanların sayı arta bilər. Ona görə də Operativ Qərargahın qoyduğu qərar və tapşırıqları yerinə yetirməliyik ki, yoluxanların sayı yenidən yüksəlməsin. Toy və yas mərasimlərinə yenidən icazə verilməsinə hələki çox tezdir. Çünki toy və yas mərasimlərində insanlar kütləvi olaraq bir yerə yığışırlar. Mayın 4-nə kimi karantin rejim qüvvədədir. Hələ mayın 4-dən sonra vəziyyətə baxılacaq. Cənab prezident qeyd etdi ki, mayın 4-dən sonra yoluxanların sayı çoxalarsa, karantin rejim yenidən sərtləşdirilə bilər. Ona görə də hələ də yas və toy mərasimlərin keçirilməsinə icazə vermək çox tezdir. Mayın 4-də karantin rejim götürülsə belə biz risk etməməliyik. İnsanlarımızı və özümüzü risk altına atmamalıyıq. Yas və toy mərasimlərinə keçirilməsinə yol verməməliyik. Çünki dünyada xəstəlik davam edir. Koronaviriusla bağlı bizi nə gözlədiyi bilinmir. Kütləvi şəkildə insanların bir yerə yığışması qəti qadağan olunmalıdır. Düzdür, bəzi iş yerləri açılıb. İnsanlar yenə də maskalardan istifadə edəcəklər. Düşünürəm ki, hissə-hissə karantin rejimi yumaşaldılmalıdır. Ona görə də hesab etmirəm ki, tezliklə yas və toy mərasimlərin keçirilməsinə icazə verək".
Tarix: 27-04-2020, 13:17
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO
-
23-10-2026, 07:45
“Brain Academy”də 2 yaşlı uşağa şiddət göstərən müəllimə üzr istədi
-
23-10-2026, 07:39
Şəki İcra Hakimiyyətində rüşvət qalmaqalı: “Elxan müәllim bu pulun bizə məxsus olduğunu bildirdi” – TƏFƏRRÜAT
-
22-10-2026, 23:38
Sumqayıtda abad məhəllələrin, yeni səkilərin salınmasına 1.3 milyon xərclənəcək