Əli Əliyev 6 aya Şuşanı azad edəcəyini dedi, tənqid olundu

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli ƏIiyev feysbuk səhifəsində Azərbaycan torpaqlarının işğaldan azad edilməsiylə bağlı fikirlərini paylaşıb. “Qafqazinfo” xəbər verir ki, Ə. Əliyev videoçıxışında Müdafiə Nazirliyinin rəhbərliyini ona verilməsini istəyib. Daha sonra 6 aya işğal altındakı torpaqları, xüsusilə də Şuşanı işğaldan azad edəcəyini bildirib. Əgər bunu bacarmasa, başına güllə vurub intihar edəcəyini qeyd edib.
Partiya sədrinin bu açıqlaması sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Bu çıxışı populist adlandıranlarla yanaşı, sabiq Müdafiə naziri Rəhim Qazıyevin çıxışıyla da müqayisə edənlər olub.
“Qafqazinfo” aparılan müzakirələrlə bağlı partiya sədriylə əlaqə saxlayıb. O, bu çıxışının Rəhim Qazıyevin çıxışıyla müqayisə etməyin kiməsə sərf etdiyini vurğulayıb:
“Mən tamam başqa aspektdən çıxış etmişəm. Rəhim bəy onu deyəndə Müdafiə naziri idi. Bu sözləri bir tikə vicdanı olan azərbaycanlı müzakirəyə çevirməz. Bu torpaq hamımızın namusudur. Kim erməninin işğalından şərəf duyursa, həzz alırsa mən o adamı azərbaycanlı saya bilmərəm. Mənə bu məsələ təsir edir.
Bu hakimiyyət formalaşandan bu günə kimi müxtəlif müdafiə nazirləri olub. Azərbaycan xalqının haqlı tələbi var. Torpaq azad edilməlidir. Hakimiyyət də Konstitusiya ilə, digər qanunvericilik aktlarımızla kiməsə hədiyyə edilməyib. Azərbaycan hakimiyyətinin vəzifəsidir ki, torpaqları azad etsin. Mənim də çağırışım başqalarının çağırışına bənzəmir. Bacarırsınızsa, öz konstitusion vəzifənizi icra edin. Zəhmət çəkib o vəzifələri icra etməyən adamları uzaqlaşdırsınlar. Mən siyasətçiyəm, ictimai öhdəlik götürmüşəm. Müdafiə Nazirliyi postu hərbi yox, siyasi postdur. Mən ölkə prezidentinə müraciət etmişəm ki, bir halda ki, nazirlər torpağı azad edə bilmirlər, müxalifət partiyası olaraq ictimai öhdəlik götürürük, verin bizə o postu. 6 ay ərzində biz torpaqları azad etməsək, istənilən cəzanın qəbul olunmasına razıyıq. Ən qətisini də özüm ifadə etmişəm”.
Ə. Əliyev bildirib ki, Azərbaycanda çox qəribədir ki, hərbçilər özünü toy genaralları kimi aparırlar:
“Hamısı torpaq əvəzinə, ulduz davası edirlər ki, paqonlarındakı ulduzların sayı çox olsun. Onun uğrunda mübarizə aparırlar. Məğlub ölkənin nə qədər desən generalı var. Azərbaycanda çay, meşə generalları var. Bu qədər general var, torpaq işğaldadır. Nə vaxta qədər bu ölkə o generalların yalançı toy generallığına şahidlik edəcək? Bunların birinin mənliyi yoxdur ki, prezidentə desin ki, məni həbs elə. Mən bunların çağırışını etmişəm”.
Tarix: 21-05-2020, 13:25
-
Bu gün, 08:08
"OpenAI"da gizli mikrofon qalmaqalı: Keçmiş mühəndisin Səudiyyə Ərəbistanı ilə əlaqələri araşdırılır
-
Bu gün, 08:07
“Premium Residence” MTK NƏFƏSİMİZİ KƏSİR... - ÖZBAŞINA QALIBLAR...
-
Bu gün, 08:02
Albaniyada 10 gündür bitməyən toqquşmalar: Paytaxtda etiraz dalğası səngimir
-
Dünən, 23:52
Sənan Mənsimli yola salınır? - Qarabağ təhsilində kadr dəyişikliyi gözlənilir
-
Dünən, 23:02
"Servis+" MTK-da sakinləri ayağa qaldıran dələduzluq - Nazim Tahirov kürəkəni satdığı mənzilləri sürücüsü vasitəsilə geri alır
-
Dünən, 23:00
Şəkidə qanunsuz tikinti iddiası - "Yenilik" Ticarət Mərkəzi ərazisini genişləndirir
-
Dünən, 22:53
Təhsilin tənəzzülü yenə davam edəcək?
-
Dünən, 18:11
Ramiz Mehdiyevin “Tovuz Baltiya” HƏMLƏSİ - İLGİNC
-
Dünən, 18:07
Türkiyə şirkətinin QUMAR BİZNESİ ƏL DƏYİŞDİRİR
-
Dünən, 12:41
Yarım milyon borcu olan şirkət rəhbərinə ölkədən çıxış qadağası
-
Dünən, 12:19
DEPUTATIN OĞLUNUN TƏKCƏ VERGİYƏ 500 MİN MANAT BORCU VAR - "Kristal" şirkəti ilə bağlı nə baş verir?
-
Dünən, 12:16
Bakıda ölümlə nəticələnən davada saxlanılanlar var - Biri deputat oğludur
-
Dünən, 11:02
Bir ay əvvəl bağlanan “Na & El” yenidən açıldı: şirniyyat evindən natəmiz görüntülər —VİDEO
-
Dünən, 09:33
Əyyaş, ailə-uşağını küçələrə atan, kitabdan-mütaliədən uzaq, amma... - Samir Feyruzov yazır
-
Dünən, 09:31
14 İCRA BAŞÇISININ TENDER OYUNU YOXLANILDI - Nələr üzə çıxmadı ki...
-
Dünən, 09:24
"Nefahim" MMC gömrük qaydasını pozdu - Cərimə olundu
-
Dünən, 09:15
Təhsildə Keyfiyyət Təminatı Agentliyində yoxlama - Saxta diplomlar, maliyyə pozuntuları aşkarlandı
-
Dünən, 09:09
Müştəriləri aldatmaqda yarışa girənlər: “Kontakt Home”, “Baku Electronics” və... – AÇIQLAMA
-
23-10-2026, 22:54
Cavanşir Feyziyevin apteki dərmanları reseptsiz satırmış - Şirkəti cərimələndi
-
23-10-2026, 21:30
Nizam Osmanovun polkovnik dostuna cinayət işi açıldı - “Salyanski kazarma”da yeyinti
-
23-10-2026, 21:25
İranın Hörmüz boğazındakı kabelləri hədəfə alması Körfəz ölkələri üçün ciddi təhlükə yarada bilər
-
23-10-2026, 14:58
BŞTİ müdirinə daha bir “dost” zərbəsi – MLK-da nə baş verir?!
-
23-10-2026, 14:38
Ceyranbatan sakinlərini “ölümü gözə almaq” həddinə çatdıranlar –FOTO
-
23-10-2026, 14:31
Bakıda çoxmərtəbəli binada 04:30-da da tikinti işləri davam etdirilir - Sakinlər narazıdır
-
23-10-2026, 10:14
FHN-in Baş İdarəsinin 30 min manatdan çox VERGİ BORCU VAR!
-
23-10-2026, 10:12
Azərbaycanda vəzifəli şəxs həbs edildi
-
23-10-2026, 08:40
Ramiz Mehdiyevin Türkiyədəki gizli biznes şəbəkəsi: Ayaz Orucovla Abbasovları nə birləşdirir? - İLGİNC FAKTLAR...
-
23-10-2026, 08:16
Ən çox vəzifədə olan icra başçıları - aralarında Vidadi İsayev də var ...(FOTO)
-
23-10-2026, 08:04
Botanika İnstitutu abadlaşdırma işlərini vergi borcu olan şirkətə həvalə etdi - FOTOFAKT
-
23-10-2026, 07:58
“Cekpot Avto”dan aldığı avtomobil bir gün getdi - VİDEO